"Marsol Minifutbol Turniri 2026"-nın püşkatma mərasimi keçirildi - FOTOLAR

13 noyabr tarixində Azərbaycan Minifutbol Federasiyasının (AMF), Marsol Sports və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) tərəfdaşlığı, QOLAT Sport Services-in təşkilatçılığı ilə "Marsol Minifutbol Turniri 2026"nın püşkatma mərasimi keçirilib.
azxeber.com xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, Marsol Group-un təsisçisi və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev, "Casbak Sumqayıt"ın satış direktoru Xəyal Qasımlı, Modern Hospitalın direktoru Taryel Ömərov iştirakçıları salamlayaraq turnirin əhəmiyyətindən danışıblar və bütün komandalara uğurlar arzulayıblar.
Çıxışçılar qeyd ediblər ki, bu cür tədbirlər sahibkarlıq subyektləri arasında dostluq, sağlam rəqabət və komanda ruhunun inkişafına töhfə verir, həmçinin idmanın və sosial inteqrasiyanın dəstəklənməsində mühüm rol oynayır.
Daha sonra QOLAT Sport Services şirkətinin təsisçisi Səid Bağırov çıxış edərək artıq 6 ildir ki, təşkil olunan turnirlə bağlı ətraflı məlumat verib, çempionatın 29 noyabr tarixində start götürəcəyini, turnirdəki yeniliklər, qaydalar və iştirakçı komandalar haqqında məlumatları iştirakçılarla bölüşüb. Daha sonra püşkatma ilə qruplar müəyyən edilib.
Qeyd edək ki, artıq ənənə halını almış Marsol Minifutbol Turniri bu il də böyük maraqla qarşılanıb.
Turnirin sponsoru Casbak Sumqayıt və Modern Hospital, forma sponsoru isə "Djevo Sport" olub.
Turnirin qalibləri aşağıdakı mükafatlarla təltif olunacaqlar:
I yer – 10.000 manat pul mükafatı
II yer – Marxal Resort & Spa-da qonaqlama (komanda şəklində)
III yer – qiymətli hədiyyələr
Bundan əlavə, turnirdə fərqlənən oyunçular – ən yaxşı oyunçu, ən yaxşı qapıçı və ən çox qol vuran oyunçu xüsusi hədiyyələrlə mükafatlandırılacaq.
"Marsol Minifutbol Turniri 2026" ilə bağlı bütün yeniliklər və nəticələr turnirin rəsmi sosial media hesablarında paylaşılacaq.

İqtisadiyyat       Tarix: 17 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir

Azercell gənc qadınların informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə yönəlmiş "Uğur qızlarımızındır" təşəbbüsünü davam etdirir. Təşəbbü

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

"Kontakt"da ilin ən böyük endirimləri başladı

"Kontakt"da ilin ən böyük endirim kampaniyası noyabrın 13-də başlayır. Noyabrın 29-dək davam edəcək "Böyük Cümə"də sevdiyiniz məhsulları nağd alışda 70%-dək endirimlə əldə edə bilərsiniz. Paltaryuyanınız

Qırmızı Ürəklər Fondundan "Zəfər Payı" xeyriyyə aksiyası

8 Noyabr – Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə "Zəfər Payı" xeyriyyə aksiyasını həyata keçirir. 2–10 noyabr 2026-cı il tarixlərində davam edəcək təşəbbü

Qızıl bahalaşdı, gümüş ucuzlaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 1 dollar artaraq 3 886,3 dollar təşkil edib. xəbər verir ki, gümüş isə 0,94 dollar azalaraq 49,12 dollara bərabər olub

Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir

"AzərsunHoldinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir. Ölkəmizdə ərzaqtəminatının gücləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə töhfəverən "Azərsun Holdinq" yerli fermerlərdə

İCMA Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda təmsil olunub

5–6 noyabr tarixlərində Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə IV QHT Əməkdaşlıq Forumu keçirilib. "Şəhərsalma və Memarlıq İli"nə həsr olunan forumda ölkəni

Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu - FOTOLAR

Yelo Bank ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə iştirakını davam etdirir. Belə ki, bank Zəfər Günü ərəfəsində, noyabrın 4-də Abşeron rayonunun Müşfiqabad qəsəbəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığ


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi banklar kriminal xeberler meherremlik 2026 cəbhədən son xəbərlər 2026