İCMA Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda təmsil olunub
5–6 noyabr tarixlərində Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə IV QHT Əməkdaşlıq Forumu keçirilib. "Şəhərsalma və Memarlıq İli"nə həsr olunan forumda ölkənin müxtəlif bölgələrindən 400-dən artıq vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edib.
İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) da forumda təmsil olunaraq vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və təcrübə mübadiləsi baxımından mühüm platformada iştirak edib.
İki gün davam edən forum çərçivəsində dövlət–vətəndaş cəmiyyəti münasibətləri, QHT sektorunun institusional inkişafı, rəqəmsallaşma, beynəlxalq əməkdaşlıq və ictimai təşəbbüslərin dəstəklənməsi kimi aktual mövzular ətrafında müzakirələr aparılıb.
İCMA olaraq hesab edirik ki, biznes sektoru ilə vətəndaş cəmiyyəti arasında əlaqələrin gücləndirilməsi dayanıqlı inkişaf, sosial məsuliyyət və yeni ictimai təşəbbüslərin reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu cür platformalar fərqli sektorların nümayəndələrini bir araya gətirərək gələcək tərəfdaşlıqlar üçün əlverişli zəmin yaradır.
Forumun yüksək səviyyədə təşkilinə, yaradılan səmərəli mühitə və göstərilən qonaqpərvərliyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, xüsusilə Agentliyin rəhbərliyinə və kollektivinə İCMA adından təşəkkürümüzü bildiririk.
İnanırıq ki, forum çərçivəsində qurulan əlaqələr gələcəkdə yeni əməkdaşlıqlara və birgə təşəbbüslərə çevriləcək.







/ azxeber.com

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
39 yaşlı kişi evində ölü tapıldı
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Nazirlik Vətən müharibəsi iştirakçısı və qazilərlə görüş keçirdi
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Hikmət Hacıyev Televiziya və Radio Günü ilə bağlı paylaşım edib