Martın 25-i ilə bağlı ciddi XƏBƏRDARLIQ
Mart ayı maqnit qasırğalarının müşahidə olunduğu aydır və bu dəfə də istisna olmayacaq. Mütəxəssislərin fikrincə, martın sonunda güclü geomaqnit qasırğası gözlənilir. Ən böyük qasırğanın martın 26-da baş verəcəyi və ayın 27-si daxil olmaqla davam edəcəyi proqnozlaşdırılır.
azxeber.com Lent.az-a istinadən bildirir ki, martın 25-i geomaqnit sahəsinin sakit və K indeksi üzrə 2-ci səviyyəyə uyğun olacağı gözlənilir. Lakin vəziyyət martın 26-da dəyişəcək, güclü günəş alovlarının K indeksi üzrə 7-ci səviyyəyə çatacağı gözlənilir. Martın 27-də dalğalanmaların dinamikası yüksək səviyyədə davam edəcək.
Yalnız martın 28-dək maqnit qasırğaları səngiyəcək, geomaqnit aktivliyi isə aşağı düşəcək. Meteohəssas insanlar maqnit qasırğaları zamanı diskomfort hiss edə bilərlər və buna görə də bütün ehtiyat tədbirlərinin əvvəlcədən görülməsi tövsiyə olunur.
Belə dövrlərdə küçədə uzun müddət qalmamaq və intensiv fiziki fəaliyyətlə məşğul olmamaq daha yaxşıdır. Ən həssas insanlar və ürək-damar sistemində problemi olanlar bu günlərdə daha çox dincəlməli, mümkünsə hər hansı işdən, o cümlədən zehni işdən çəkinməlidirlər. Bu günlərdə bir gün istirahət etmək daha yaxşıdır. Həmçinin qadcetlardan və müxtəlif texniki cihazlardan, o cümlədən telefonlardan istifadə vaxtını məhdudlaşdırmaq tövsiyə olunur.
Kurslar.az kurslar [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Millimiz Moldova yığmasına uduzdu
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi