Masallıda arvadını öldürüb intihara cəhd edən şəxs barədə qərar verildi
Bir il öncə həyat yoldaşını öldürüb intihara cəhd edən şəxs haqqında tibbi xarakterli məcburi tədbirlər tətbiq olunub.
KONKRET.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yalçın Məmmədov polis nəzarəti altında Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicəyə cəlb olunub.
Məhkəmənin qərarından narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verib.
Şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, hadisə 2023-cü il iyulun 30-da Masallı rayonu Təklə kəndində baş verib. 1979-cu il Məmmədova İlkanə Müseyib qızının kəsilmiş deşilmiş xəsarətlər alaraq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Aparılmış araşdırmalarla 1976-cı il təvəllüdlü Yalçın Habil oğlu Məmmədovun rayonun Təklə kəndində yerləşən evdə aralarında yaranmış mübahisə zamanı arvadı İlkanə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək qətlə yetirdikdən sonra özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi