Maşının salonunu "bəzəyən" sürücülərin diqqətinə — Cərimələnə bilərsiniz

Maşının salonunu Sosial şəbəkələrdə yayılan videogörüntülərə əsasən, sürücü idarə etdiyi avtomobilin salonunu müxtəlif oyuncaqlarla bəzədiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Görüntülərdə nəqliyyat vasitəsinin ön paneli və daxili hissələrinin çoxsaylı dekorativ əşyalarla örtüldüyü əks olunur. Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilər arasında bunun qanun pozuntusu olub-olmaması ilə bağlı fərqli fikirlər səsləndirilir.
KONKRET.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib ki, Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" Qanununda və həmin qanuna əlavə edilmiş 1 və 2 saylı əlavələrdə bu məsələ açıq şəkildə göstərilib:
"Qanuna görə, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edilmədiyi, yəni avtomobil zavod istehsalı formasında saxlanıldığı halda, onun daxilində müəyyən əşyaların yerləşdirilməsi, yapışdırılması və ya asılması birbaşa qanun pozuntusu hesab edilmir. Lakin burada çox vacib bir məqam var. Nəqliyyat vasitəsinin içərisində yerləşdirilən istənilən element istər oyuncaq olsun, istər heyvan, istərsə də başqa hər hansı əşya  sürücünün diqqətini yayındırmamalıdır. Bu məsələ birbaşa sürücü və yol hərəkəti təhlükəsizliyi ilə bağlıdır. Yol hərəkətinin təşkilində əsas prioritet sürücünün diqqətinin tam şəkildə yola yönəlməsidir".
O bildirib ki, həmin əşyalar sürücünün görünüş sahəsini məhdudlaşdırmamalıdır:
"Məsələn, avtomobilin ön və ya arxa şüşəsinə, yan güzgülərin qarşısına elə bir əşya və ya yapışqan yerləşdirilə bilər ki, bu, sürücünün yolu və ya arxa hərəkəti düzgün görməsinə mane olsun. Belə hallar isə qəza riskini ciddi şəkildə artırır. Arxa hərəkət zamanı sürücünün maneəni görməməsi təhlükəli nəticələrə səbəb ola bilər. Bu baxımdan, problem ümumilikdə sürücünün diqqətinin yayınması və görünüşün məhdudlaşdırılması ilə bağlıdır. Məhz bu risklərin aradan qaldırılması üçün düzgün yanaşma və çıxış yolları tapılmalıdır. İlk növbədə, təhlükəsizliyə təsir edən bu cür problemlər həll edilməli, yalnız bundan sonra digər məsələlər müzakirə oluna bilər".

Hadisə       Tarix: 18 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda 20 yaşlı oğlanı bıçaqladılar

Bakıda bıçaqlanma hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə bu gün gecə saat 02 radələrində qeydə alınıb. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əkbər Səbuhi oğlu Məmmədov kəsici-deşici xəsarətlərlə xəstəxanay

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər son xabar xeberler bugun 2026 hava durumu