Maskdan "Tesla" ilə bağlı gözlənilməz qərar
Maskdan "Tesla" ilə bağlı gözlənilməz qərar
Amerikalı milyarder İlon Mask yaxın iki il ərzində "Tesla"nın səhmlərini satmaqdan imtina edib.
Bu barədə biznesmenin özü elan edib.
"Mən, yəqin ki, indiki andan etibarən iki il ərzində ("Tesla") səhmlərini satmayacağam. Gələn il dəqiq, heç bir şəraitdə olmayacaq, yəqin ki, ondan sonrakı ildə də (satmayacağam)", - deyə sahibkar bildirib.
O hesab edir ki, gələn il iqtisadiyyat böyük tənəzzülə uğrayacaq, bununla əlaqədar bahalı mallara tələbat azalacaq. Mask şirkətin səhmlərini geri almağa hazırlaşdığını açıqlayıb və bu məsələ ilə bağlı yekun qərarın tənəzzülün miqyasına əsasən veriləcəyini vurğulayıb.
Xatırladaq ki, amerikalı milyarder "Twitter" sosial şəbəkəsində nəzarət səhm paketini əldə etdikdən sonra "Tesla"nın səhmlərini kütləvi şəkildə satmağa başlamışdı. Sonuncu dəfə bu satış dekabrın ortalarında olmuşdu - şirkətin 22 milyon səhmini 3,6 milyard dollara satmışdı. Noyabrın əvvəlində isə Maskın "Tesla"nın 4 milyard dollarlıq səhmlərini satdığı bildirilmişdi. Satışın "Twitter" ilə sövdələşməni maliyyələşdirmək üçün edildiyi deyilir.
Mənbə: Reuters / oxu.az
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR