McDonald`s Azərbaycanın nümayəndəsi: "Şəhid olan əməkdaşımızın ailəsinə ömür boyu dəstək göstərəcəyik" - VİDEO

McDonald`s Azərbaycanın nümayəndəsi: "Şəhid olan əməkdaşımızın ailəsinə ömür boyu dəstək göstərəcəyik" - VİDEOMcDonald`s Azərbaycanın nümayəndəsi: "Şəhid olan əməkdaşımızın ailəsinə ömür boyu dəstək göstərəcəyik" - VİDEO
Bir müddət əvvəl dünyaca məşhur olan McDonald`s restoranlar şəbəkəsinin Azərbaycan nümayəndəliyi Facebook və İnstaqram hesabında Azərbaycan Ordusuna dəstəklə bağlı status paylaşdı.
Postun yerləşdirilməsindən bir müddət sonra həmin post McDonald`s Azərbaycanın hesablarından silindi. Belə bir məqamda bu postun silinməsi əlbəttə ki, müəyyən narazıqlara səbəb olub. Sosial şəbəkələrdə gedən müzakirələrə baxdıqda, bu postun silinməsi erməni lobbisinin təzyiqi ilə əlaqələndirildir. Ancaq bu iddialar təsdiqini tapmadı.
Sirkətin Azərbaycan nümayəndəliyinin vətənpərvər hislər ilə paylaşdığı bu status bütün dünyada McDonald`s şirkətinin baş ofisinin mövqeyi kimi qəbul olunub. Lakin məlum olduğu kimi, həmin şirkət siyasətlə bağlı bütün məsələlərdə neytral mövqe tutmağa çalışdığından, bu hal mərkəzi ofisin narahatçılığına səbəb olmuşdur. Belə ki, McDonald`s korporasiyasının standartlarına görə, şirkət daimi siyasi və müharibə məsələlərinə neytral mövqedən yanaşır və bu məsələlərlə bağlı paylaşım etmir. Yəni, məlum paylaşım, erməni lobbisinin təziyiqi deyil, şirkətin standartlarına uyğun gəlmədiyi üçün silinib.
Əlbəttə, dünyada riakarlığına görə tanınan erməni lobbisinin bir çox məsələlərdə olduğu kimi, bu statusun silinməsini də özlərinin uğurları kimi göstərməsi bizi təəcübləndirməməlidir. Lakin burada başqa bir məqama toxunmaq vacibdir: McDonald`s restoranlar şəbəkəsi 20 ildən çox bir müddətdə Azərbaycanda fəaliyyət göstərsə də, bu şəbəkənin Ermənistan ərazisində bir restoranı belə yoxdur.
Bu məsələlərlə  bağlı Xəzər TV-də danışan "McDonalds Azərbayca"n şirkətinin nümayəndəsi Anar Bayramov bildirib ki, şirkətin rəhbərliyi daxil olmaqla, demək olar ki bütün əməkdaşları Azərbaycan vətəndaşlarıdır.
"Aramızda yalnız bir nəfər qardaş Türkiyənin vətəndaşı var. 20 il  ərzində şirkətimiz çoxlu sayda xeyriyyə aksiyaları həyata keçirib. Biz mütəmadi olaraq uşaq evlərinə, idman yarışlarına da öz dəstəyimizi əsirgəmirik.
Bir maraqlı məqama da toxunmaq istəyirəm. COVİD-19 pandemiyası dövründə biz bir çox xəstəxanaları, karantində olan minlərlə insanı təmənnasız olaraq yemək ilə təmin etmişik.
Əminliklə qeyd edə bilərəm ki, şirkətimizin həm rəhbər, həm sıravi işçiləri fərdi qaydada orduya öz dəstəyini göstərib və göstərəcəklər.
Eyni zamanda 25 əməkdaşımız bu gün ön cəbhədədir və biz onların ailə üzvlərinə dəstək göstəririk. Səbəbi çox sadədir, çünki biz sözün əsl mənasında bir böyük ailəyik. 
Allah bütün şəhidlərimizə rəhmət eləsin… McDonald`sın böyük ailəsindən də bir şəhidimiz var, və biz bu şəhidin ailəsinə ömür boyu  dəstək göstərəcəyik".
Qeyd etməliyik ki, "McDonald`s Azərbaycan" şirkətinin nəzdində 1200-dən çox Azəraycan vətəndaşı çalışır və şirkət ölkədə olan onlarla digər şirkətlərlə də əməkdaşlıq edir.
İqdisadçı ekspertlər hesab edirlər ki, bu anlaşılmazlıq səbəbilə "McDonald`s Azərbaycan" şirkətini boykota çağırmaq on minlərlə insanın zərər çəkməsi ilə nəticələnə bilər.

/oxu.az

Sosial       Tarix: 03 noyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş


son xeberler azerbaycan xeberleri yeni xeberler bugun xeberler kriminal son xəbərlər azərbaycanda xeber.az bu gun