Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yaydı

Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yaydıMədəniyyət Nazirliyi Xalq artisti Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb.
Azxeber.com xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Bu gün Azərbaycan xalqının sevimli sənətkarı, bənzərsiz muğam ustası ömrünün 60 ilindən çoxunu muğama, Azərbaycan musiqisinə həsr edən Xalq artisti, Prezident təqaüdçüsü, "Şöhrət" və "Şərəf" ordenli, professor Canəli Xanəli oğlu Əkbərov 2021-ci il oktyabrın 22-də vəfat etmişdir.
Canəli Əkbərov 1940-cı il mart ayının 10-da Lənkəran rayonunun Tükəvilə kəndində anadan olmuşdur. О, Asəf Zeynallı adına musiqi texnikumunu bitirdikdən sonra uzun müddət Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışmışdır. Muğam sənətinin vurğunu olan xanəndə dünyanın bir çox ölkələrində milli musiqimizin təbliğində müstəsna xidmətlər göstərmişdir. Оnun Rusiya, Ukrayna, Gürcüstan, Almaniya, Türkiyə, Polşa, Mərakeş, ABŞ, Fransa, Böyük Britaniyada çıxışları milli musiqimizə geniş şöhrət gətirmişdir.
Canəli Əkbərov xalq musiqimizin görkəmli ifaçılarından biri idi. Böyük sənətkarımız Seyid Şuşinskidən dərs almış Canəli Əkbərovun muğamın klassik ifa tərzinin qorunub saxlanılmasında xidmətləri danılmazdır.
1976-2000-ci illərdə Canəli Əkbərov Аzərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş, Məcnun, İbn-Səlam (Ü.Hacıbəyli "Leyli və Məcnun"), Qərib (Z.Hacıbəyov "Aşıq Qərib"), Şah İsmayıl ( M.Maqomayev "Şah İsmayıl" ), Camal (Ş.Axundova "Gəlin qayası"), Azançı (F.Əmirov "Sevil"), Mir Seyid (C.Cahangirov "Xanəndənin taleyi") kimi yaddaqalan obrazlar yaratmışdır.
Yaradıcılıq fəaliyyəti ilə yanaşı onun pedaqoq kimi çoxillik fəaliyyəti də xüsusi qeyd olunmalıdır. O, uzun illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor və kafedra müdiri kimi çalışmışdır. Bir çox gənc ifaçılar məhz sənətkarın köməyi ilə ilk yaradıcılıq addımlarını atmış, teatr və konsert səhnələrində öz istedadlarını nümayiş etdirmişlər.
Görkəmli xanəndə 1989-cu ildə milli mədəniyyətimizin inkişafındakı uğurlarına görə Azərbaycan Respublikasının Əməkdar artisti, 1992-ci ildə Xalq artisti fəxri adlarına, 2000-ci ildə "Şöhrət", 2010-cu ildə "Şərəf", 2020-ci ildə isə 1-ci dərəcəli "Əmək" ordeninə layiq görülmüşdür. О, Prezident təqaüdçüsü idi.
Görkəmli sənətkar, muğam ustası Canəli Xanəli oğlu Əkbərovun işıqlı xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!

Sosial       Tarix: 23 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən xəbərlər maşın realiti şou idman xeberleri son xəbərlər