Media reyestri ilə bağlı müzakirələrin indi gündəmə gəlməsi təsadüfi deyil

Media reyestri ilə bağlı müzakirələrin indi gündəmə gəlməsi təsadüfi deyil"Hazırda Azərbaycanın gündəmi İranla gərginləşən münasibətlərdir. İndiki hadisələrin fonunda media reyestri ilə bağlı hərəkata başlamağın heç yeri deyil". 
Bu sözləri azxeber.com-a açıqlamasında media eksperti, Əməkdar jurnalist Azər Həsrət Media reyestrinə qarşı sosial şəbəkələrdə başladılan kampaniya haqqında danışarkən deyib. 
O, qeyd edib ki, hazırda ölkə gündəmində daha vacib məsələlər var: 
"Biz demirik ki, kimsə tənqid etməsin, fərqli fikirlərini səsləndirməsin, əlbəttə, səsləndirə bilərlər, tənqid də edə bilərlər. Razı olmadıqları məqamları ayrı-ayrılıqda, ayrıntılı bir şəkildə müzakirə də edə bilərlər. Bütün bunlar yolveriləndir. Ancaq bu günlərdə İrandakı fars-molla rejimi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə terror hücumu təşkil edib. Bu hücumun ardından Azərbaycan Respublikasının daxilindəki İran casus şəbəkəsi ilə bağlı müəyyən addımlar atılır. Təbiidir ki, vətəndaşlarımızın, hər birimizin diqqəti bu məsələyə yönəlib. Yəni, bu gün bir nömrəli məsələmiz budur. 
Üstəlik də, Laçın yolunda ekofəalların etiraz aksiyası artıq iki aydır ki, davam edir. Dünya da bu məsələ ilə bağlı bəzən erməni təbliğatına uyaraq üzərimizə gəlir. Bu iki məsələ bu gün Azərbaycan gündəminin ən öndə gedən məsələləridir. Belə bir vəziyyətdə kimlərinsə çıxıb reyestrlə bağlı əlavə müzakirə açması, narazılıq etməsi, kampaniya həyata keçirməsi, mənə elə gəlir ki, yerinə düşmür. Əlbəttə, fikirlər fərqli ola bilər, tənqid də olar. Amma indiki şəraitdə bunun tərəfdarı deyiləm. Şəxsən mən düşünürəm ki, bu gün Azərbaycan dövlətinin üzləşdiyi, həlli vacib olan məsələlər, qeyd etdiyim kimi, İranla münasibətlər məsələsidir, ikincisi də, Laçın yolundakı ekofəalların aksiyasıdır."
Azər Həsrət qeyd edib ki, reyestrlə bağlı kimsə müzakirə açmaq istəyirsə, bu məsələni daha sonra birlikdə həll etmək olar:
"Biz bu məsələlərlə daha çox məşğul olmalıyıq. Digər məsələlər bir qədər gözləyə bilər. O cümlədən də reyestrlə bağlı əgər kimsə müzakirə açmaq istəyirsə, tənqid etmək istəyirsə, bu məsələni bir qədər sonra birlikdə edə bilərik. Şəxsən mən də o müzakirələrdə iştirak etməyə hazıram. Yeri gəlmişkən deyim ki, özümün də əlimin altında ictimailəşdirmək istədiyim müəyyən məsələlər var. Mən o məsələlərin hamısını arxa plana keçirmişəm. Niyə? Çünki gündəmi dəyişmək istəmirəm. İstəmirəm ki, o məsələləri gündəmə gətirib diqqəti əsas məsələdən yayındırım. İndi bu reyestrlə bağlı məsələ də belədir. Reyestri gündəmə gətirib əsas məsələlərdən diqqət yayındırmaq heç yerinə düşmür. Ona görə də bu təşəbbüsü irəli sürən, arxasında duran şəxslərə çağırış etmək istəyirəm ki, bir qədər dözsünlər, biz Azərbaycanın ən ümdə məsələlərini həll edək. Daha sonra söz verirəm ki, mən özüm də reyestrlə bağlı müzakirələrdə fəal iştirak edəcəyəm. Yəni, onların arqumentlərini dinləyəcəyəm. Əlbəttə ki, gərək olduğu zaman cavab da verəcəyəm, gərək olduğu zaman razılaşacağam, yaxud da onların arqumentləri əsaslı olmasa, rədd edəcəyəm. Yəni, fikir mübadiləsi aparacağıq". 
"Amma bu gün bu fikir mübadiləsinin, bu müzakirənin heç yeri deyil. İranla münasibətlərin gərginləşməsi, İran casus şəbəkəsinin əl-qol açması, eyni zamanda Laçın yolundakı aksiya bizim gündəmimizin əsas məsələləridir, digər məsələlər bir qədər gözləməlidir", - deyə Azər Həsrət əlavə edib.
Aydın Nuri

Sosial       Tarix: 04 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


son xeberler yeni xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne azerbaycan son xeber bugun valyuta mezennesi 2026 xeberler azerbaycan