Medianın İnkişafı Agentliyindən "Freedom House"un son hesabatı ilə bağlı BƏYANAT

Medianın İnkişafı Agentliyindən "Freedom House" beynəlxalq qeyri-hökumət təşkilatı açıqladığı son hesabatında Azərbaycanda medianın vəziyyəti ilə bağlı reallıqdan uzaq, qərəzli münasibətini bir daha nümayiş etdirib.
KONKRET.az xəbər verir ki, Azərbaycanın informasiya məkanı haqqında səsləndirilmiş qərəzli münasibətə cavab olaraq bəyan edirik ki, "Media haqqında" Azərbaycan Respublikasının Qanununda hesabatda iddia oluduğu kimi xarici onlayn platformalara yerli hüquqi şəxs kimi qeydiyyatdan keçmək öhdəliyi qoyulmamışdır.
Belə ki, Qanunun müddəalarına əsasən Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin açılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir və bunun üçün həmin subyektlərin yerli hüquqi şəxs kimi qeydiyyatdan keçməsi heç bir halda tələb olunmur.
Xüsusilə vurğulanmalıdır ki, Qanunun müddəaları video paylaşım platformaları, internet televiziyaları və bu kateqoriyadan olan digər fəaliyyət növlərinə qətiyyən şamil edilmir, heç bir halda onların fəaliyyətini tənzimləməyi nəzərdə tutmur.
Beynəlxalq yanaşma nəzərə alınmaqla, media sahəsində baş verən qanunazidd hallara məhkəmə tərəfindən hüquqi qiymət verilməsi nəzərdə tutulmuş, dövlət orqanlarının bu istiqamətdəki səlahiyyətləri tamamilə məhdudlaşdırılmışdır. Heç bir dövlət orqanının media subyektlərinin fəaliyyətini dayandırmaq və ya onların fəaliyyətinə xitam vermək yaxud hər hansı şəkildə müdaxilə etmək hüququ yoxdur. Bu sahədə yarana biləcək bütün hüquqazidd hallar məhkəmələrdə tərəflərin bərabərliyi prinsipi əsas götürülməklə həll edilir.
Qanun "media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır" deməklə senzuranı tamamilə istisna edir. Əlavə olaraq, media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığının təmin edilməsini dövlətin vəzifəsi olaraq müəyyənləşdirir.
Həmçinin, Qanun jurnalistlərin ictimaiyyəti məlumatlandırmaq sərbəstliyini təmin etmək məqsədilə informasiyanın əlçatanlığının və operativliyinin təmin edilməsi üçün dövlət orqanları üzərinə media nümayəndələrinə hər hansı fakt və ya hadisə barədə ətraflı məlumat vermək öhdəliyi qoyur, jurnalistlərin peşəkar fəaliyyətinə müdaxiləni yolverilməz hesab edir.
Azərbaycan həqiqətlərini təhrif etməyə davam edən, münasibət bildirərkən rəsmi mənbələrlə əlaqə saxlamayan, dəfələrlə bəyan edilmiş dialoq təşəbbüslərimizi cavablandırmayan və nəhayət, öz ərazi bütövlüyünü bərpa edən ölkəni "işğalçı" adlandıran təşkilatın hesabatı hüquqi və məntiqi baxımdan tamamilə əsassız və etibarsız olmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə də ziddir.

Siyasi       Tarix: 09 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirind

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeberler cəbhədən ən son xəbər sonxeber.az xeberler bugun 2026