Mediasiya Şurası üzvlərinin Ümumi Yığıncağı keçirilib - FOTOLAR

Mediasiya Şurası üzvlərinin Ümumi Yığıncağı keçirilib - FOTOLAR15 dekabr 2023-cü il tarixində Mediasiya Şurası üzvlərinin Ümumi Yığıncağı keçirilib.
azxeber.com xəbər verir ki, Ümumi Yığıncağın Azərbaycan Respublikasının Dövlət Himni ilə açılışı olub. Daha sonra Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar fəaliyyətinə toxunulub, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Mediasiya Şurasının üzvlərinin Ümumi Yığıncağında daha sonra say komissiyası formalaşdırılıb. Mediasiya Şurasının üzvlərinin Ümumi Yığıncağında Şəki 1 saylı mediasiya təşkilatının direktor müavini Rəfail Cabbarov say Komissiyasının sədri, Lənkəran 1 saylı Mediasiya Təşkilatının rəhbəri Ramin Şükürov və Sabirabad 1 saylı Mediasiya Təşkilatının rəhbəri Musa Ramazonov isə say komissiyasının üzvləri kimi səsverməyə qoyularaq yekdilliklə seçiliblər. Daha sonra isə Mediasiya Şurası üzvlərinin Ümumi Yığıncağının aparılması üçün Ümumi Yığıncağın sədri Nadir Adilov, katibi isə mediator Səadət İsmayılova səsverməyə qoyularaq yekdilliklə seçilib. 
Məlumat verilib ki, Mediasiya Şurasının üzvlərinin İsmayıllı rayonunda yerləşən "Basqal Resort & SPA" Oteldə keçirilən Ümumi Yığıncağında 203 nəfər mediator canlı olaraq, 25 nəfər mediator isə ZOOM platforması üzərindən onlayn şəkildə qoşulub. Mediasiya Şurasının 300 üzvündən ümumilikdə 228 nəfəri Ümumi Yığıncaqda iştirak edib. Mediasiya Şurasının 300 üzvü olduğu nəzərə alındıqda, bu, Mediasiya Şurası üzvlərinin 76 % -i edir. 
Beləliklə, Ümumi Yığıncaq fəaliyyətinə legitim əsaslarla başlayaraq Mediasiya Şurası fəaliyyətə başladıqdan 15 dekabr 2023-cü il tarixinədək olan hesabatı dinlənilib. İdarə Heyəti adından Şuranın Nizamnaməsinin 6.26-cı bəndinə əsasən Ümumi Yığıncağa hesabat verən Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov qeyd edib ki, Mediasiya Şurası fəaliyyətə başladığı dövrdən bu günədək olan bütün fəaliyyət şəffaf və açıq formada hesabat qismində bütün mediatorların elektron poçt ünvanına və mediatorların votsap qruplarına göndərilmiş və geniş müzakirə edilmişdir. Eyni zamanda o qeyd edib ki, Şuranın fəaliyyəti Kütləvi İnformasiya Vasitələrinin də dəstəyi və diqqəti nəticəsində hər zaman şəffaf əsaslarla işıqlandırılıb. Daha sonra N. Adilov məruzə ilə çıxış edərək Şuranın gördüyü işlər barədə hesabat verərək görülən işləri qeyd edib. Nadir Adilov eyni zamanda qarşıda duran hədəflərə də toxunaraq mediasiya proseslərinin avtomatlaşdırılmasının zəruriliyini qeyd edib. Nadir Adilovun hesabatı dinlənildikdən sonra hesabat səsə qoyulub və mediatorlar tərəfindən yekdilliklə hesabat qəbul edilərək yüksək qiymətləndirilib.
Nadir Adilov Mediasiya Şurasının İdarə Heyətinin və Şuranın fəaliyyətinə verilən yüksək qiymətə görə mediatorlara dərin təşəkkür edib. Ümumi Yığıncaq işini bağlı elan edib. Tədbirin ikinci rəsmi hissəsində qonaqlar çıxış edib.
Ümumi Yığıncaq başa çatdıqdan sonra Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association Rəyasət Heyətinin sədr müavini Pərviz Ələkbərov çıxış edərək Vəkillər Kollegiyası və Mediasiya Şurası arasında olan səmərəli əməkdaşlığı qeyd edib. Eyni zamanda Ümumi Yığıncağın yüksək notlarla bitməsi ilə əlaqədar Türkiyə Cumhuriyyəti Arabuluculuk Dairə Bakanlığının İdarə Heyətinin üzvü, mediator, vəkil Yakup Erikel çıxış edərək təbriklərini çatdırıb, Mediasiya Şurasının nümayəndələrinin Ankaraya olan səfərinə toxunub və qarşıda duran Türk Dünyası Mediatorlarının Birliyinin yaradılması məsələlərini qeyd edib.
Daha sonra isə Mediasiya Şurası komitələri adından çıxış edən Mediasiya Şurası Etika Komitəsinin sədri, Bakı 2 saylı  mediasiya təşkilatının rəhbəri İlhamə Həsənova Şuranın fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib və Şurada formalaşdırlan korporativ idarəetmənin yüksək səviyyədə qeyd olunduğunu bildirib. O eyni zamanda Şuranın fəaliyyətini və Nadir Adilov tərəfindən təqdim edilən Mediasiya Şurasının hesabatını yüksək qiymətləndirib və Şurada fəaliyyət göstərən Komitələrin fəaliyyətinə toxunub və yeni yaradılacaq Komitələrin də fəaliyytinin zəruriliyini qeyd edib.
Daha sonra çıxış edən AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Vəkillər və mediatorların tədrisi fakultəsinin dekan müavini, kiçik ədliyyə müşaviri, mediator Günel Sadıqova Mediasiya Şurasının təlim qurumu kimi üzvü olan Ədliyyə Akademiyası tərəfindən mediatorların hazırlığı üzrə görülmüş işlər və keçirilmiş təlimlər barədə hesabat verib və Mediasiya Şurasının hesabatına yüksək qiymət verib. 
Bununla da tədbirin rəsmi hissəsi başa çatıb.
Mediasiya Şurası üzvlərinin Ümumi Yığıncağı keçirilib - FOTOLARMediasiya Şurası üzvlərinin Ümumi Yığıncağı keçirilib - FOTOLARMediasiya Şurası üzvlərinin Ümumi Yığıncağı keçirilib - FOTOLARMediasiya Şurası üzvlərinin Ümumi Yığıncağı keçirilib - FOTOLARMediasiya Şurası üzvlərinin Ümumi Yığıncağı keçirilib - FOTOLARMediasiya Şurası üzvlərinin Ümumi Yığıncağı keçirilib - FOTOLARMediasiya Şurası üzvlərinin Ümumi Yığıncağı keçirilib - FOTOLARMediasiya Şurası üzvlərinin Ümumi Yığıncağı keçirilib - FOTOLARMediasiya Şurası üzvlərinin Ümumi Yığıncağı keçirilib - FOTOLARMediasiya Şurası üzvlərinin Ümumi Yığıncağı keçirilib - FOTOLARMediasiya Şurası üzvlərinin Ümumi Yığıncağı keçirilib - FOTOLARMediasiya Şurası üzvlərinin Ümumi Yığıncağı keçirilib - FOTOLARMediasiya Şurası üzvlərinin Ümumi Yığıncağı keçirilib - FOTOLARMediasiya Şurası üzvlərinin Ümumi Yığıncağı keçirilib - FOTOLARMediasiya Şurası üzvlərinin Ümumi Yığıncağı keçirilib - FOTOLAR

Sosial       Tarix: 19 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən canlı son xeberler 2026 krimnal bugun xabar az