"Mehdiyev işi"ndə gözlənilməz: "Maduro kölgəsi" peyda oldu
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı istintaq prosesi son dövrlərdə diqqət mərkəzində olsa da, hazırda bu mövzuda müəyyən səngimə müşahidə olunur. Venesuela Prezidenti Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən ələ keçirilməsi və İranda baş verən etirazlar media və ictimai diqqəti qismən bu məsələdən yayındırıb.
Bəs Mehdiyevlə bağlı istintaq hazırda hansı mərhələdədir və proses nə yerdədir?
KONKRET.az-ın xəbərinə görə, globalinfo.az-a danışan ReAL partiyasının sədri Natiq Cəfərli bildirib ki, bu mövzu ilə bağlı rəsmi qurumların açıqlaması daha məqsədəuyğun olar:
"Çünki istintaqın hansı mərhələdə olması ictimaiyyəti maraqlandıran əsas məsələlərdəndir. Ramiz Mehdiyev barəsində dörd aylıq həbs qətimkan tədbiri, yəni ev dustaqlığı tətbiq edilmişdi. Artıq bu müddət sona yaxınlaşır. Yəqin ki, yaxın vaxtlarda ya bu tədbirin uzadılması, ya da istintaqın yekunları ilə bağlı ətraflı məlumat veriləcək. Başqa cür mümkün də deyil".
Politoloq Əhəd Məmmədli deyib ki, Ramiz Mehdiyevlə bağlı faktiki olaraq ortada heç nə yoxdur:
"Nə rəsmi həbs qərarı açıqlanıb, nə məhkəmə qərarı verilib, nə də hüquq-mühafizə orqanları tərəfindən aydın və konkret məlumat təqdim olunub. Media müəyyən iddialar səsləndirdi, müxtəlif fikirlər bildirildi, biz də müzakirələr apardıq. Amma nəticə etibarilə məsələ elə bu mərhələdə də qaldı. Dövlət çevrilişi ilə bağlı müxalifətə aid edilən şəxslər həbs olunub və onların Ramiz Mehdiyevi yenidən hakimiyyətə gətirmək planları olduğu deyildi. Hazırkı müxalifətin nə təşkilati gücü, nə də real resursları var ki, hakimiyyəti dəyişsin. Belə bir güc olsaydı, bunu Ramiz Mehdiyevsiz də edə bilərdilər. Digər tərəfdən, Ramiz Mehdiyevin yaxın çevrəsindən konkret olaraq kim məsuliyyətə cəlb olundu? Kim onun "sağ əli" sayılırdı? Adı hallanan şəxslərdən biri səhəri gün Türkiyədən Rusiyaya getdi və məsələ də bununla bağlandı. Bu yanaşma cəmiyyətdə haqlı suallar doğurur".
Politoloqun fikrincə, problem ondadır ki, davamlı olaraq ciddi iddialar ortaya atılır, lakin davamı gəlmir:
"Bir neçə dəfə təhlükə elan olunur, amma heç nə baş vermir. Nəticədə, günlərin birində həqiqətən real təhlükə yarananda artıq heç kim inanmayacaq. Əgər doğrudan da təhlükə və risklər varsa, buna uyğun ciddi, açıq addımlar atılmalıdır. Yox, əgər belə bir vəziyyət yoxdursa, cəmiyyətin süni şəkildə qorxu və qeyri-müəyyənlik içində saxlanması düzgün deyil. Əks halda, bir müddət sonra hamı baş verənlərə biganə yanaşacaq və bu da artıq daha ağır nəticələrə yol aça bilər".

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib