Mehdiyevin vəzifəsini icra edən akademiklə bağlı maraqlı fakt: Xoşqədəmin eksperti olub

Mehdiyevin vəzifəsini icra edən akademiklə bağlı maraqlı fakt: Xoşqədəmin eksperti olubXəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin səlahiyyətlərinin icrası akademiyanın Birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunub. O, bu vəzifədə istefa ərizəsi qəbul olunan Ramiz Mehdiyevi əvəzləyib.
azxeber.com Yenisabah.az-a istinadən xəbər verir ki, akademik Arif Həşimovun 73 yaşı var. O, ixtisasca fizikdir. 31 yaşında elmlər namizədi, 44 yaşında elmlər doktoru olub. 2002-ci ildə AMEA-nın Fizika İnstitutunun direktoru vəzifəsinə seçilən Həşimov 2009-cu ilə qədər bu vəzifəni icra edib. 
Arif Həşimov cəmiyyətə və mətbuata açıq şəxs kimi tanınır. O, vaxtaşırı KİV-ə müxtəlif mövzularda rəy bildirir.
Qocaman akademikin yolu bir müddət televerilişlərdən keçib. O, bir müddət elmi-maarifləndirici proqramlarla yanaşı, sosial problemlərin də müzakirə olunduğu verilişllərdə görünüb. Arif Həşimov 2013-2014-cü illərdə tanınmış telejurnalist Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram" verilişinin eksperti olub. O. həmin vaxt ATV-də yayınlanan və ölkənin ən reytinqli televiziya proqramı sayılan bu verilişdə, sosial məsələlər, o cümlədən, məişət zorakılığı, boşanma, abort kimi mövzularda obyektiv rəylər verib. Arif Həşimovun qərəzsiz və obyektiv mövqeyi həmişə tamaşaçılar tərəfindın rəğbətlə qəbul olunub.
Məlumata görə, Prezident Administrasiyasının o vaxtkı rəhbəri, AMEA-ya qeyri-rəsmi nəzarət edən akademik Ramiz Mehdiyev Həşimovun bu fəaliyyətindən bərk hiddətlənib və onun efirdən uzaqlaşması üçün Akademiya rəhbərliyinə göstəriş verib. Ramiz Mehdiyevin təzyiqi ilə efir məkanına və KİV-ə "əlvida" deyən Arif Həşimov uzun müddət "kölgəyə" çəkilməli olub.
Həşimovun "cəzası" bununla da bitməyib. O, həmin vaxt Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru postuna ən real namizəd sayılsa da, Mehdiyev və tərəfdarları onun barəsində "şou adamı" imici yaratdıqları üçün bu təyinat baş tutmayıb. 
Sonda qeyd edək ki, Arif Həşimov AMEA-nın prezidenti postuna ən real namizədlərdən biri sayılır. "Mehdiyev maneəsi" ortadan qalxdığı üçün bu təyinatın baş tutmaq ehtimalı xeyli güclüdür.

Sosial       Tarix: 20 fevral 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


yeni xeberler azerbaycan xeberleri son xeberler gunun xeberleri xeberler bu gun cəbhədən son xeber valyuta mezenesi