Məhkəmə aktrisanın teatr direktoruna qarşı iddiası üzrə qərar çıxardı
Məhkəmə aktrisanın teatr direktoruna qarşı iddiası üzrə qərar çıxardı
Nəsimi Rayon Məhkəməsində İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Şəbnəm Cəbrayılovanın həmin teatrın direktoru İftixar Piriyevə qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb.
Ş.Cəbrayılovanın vəkili Gülşən Salmanova Oxu.Az-a bildirib ki, hakim Rəşid Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Ş.Cəbrayılovanın iddiası təmin edilib. O, yenidən işə bərpa olunub. Həmçinin, iddianın maddi zərərlə (maddi zərər hesablanacaq) bağlı hissəsi də təmin edilib.
Qeyd edək ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Ş.Cəbrayılova həmin teatrın direktoru İ.Piriyevi məhkəməyə verib.
Belə ki, bu il avqust ayında Ş.Cəbrayılova hamilə olan zaman İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İ.Piriyev onu işdən azad edib.
İddiaya görə, İ.Piriyev Ş.Cəbrayılovanı hamilə olan zaman, ona əvvəlcədən məlumat vermədən işdən çıxarıb. Daha sonra teatrdan ona işdən çıxarıldığı deyiləndə Ş.Cəbrayılovanın halı pisləşib və uşağı tələf olub.
Ş.Cəbrayılova məhkəməyə müraciətində yenidən işə bərpa olunmasını, İ.Piriyevdən ona dəyən maddi və mənəvi zərərə görə 50 min manat təzminat tələb edir.
Xatırladaq ki, Ş.Cəbrayılova 2014-cü ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. İ.Piriyev isə 2000-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrında direktor vəzifəsində çalışır. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb