Məhkəmə Qubad İbadoğlu barəsində qərar verdi
Bakı Apellyasiya Məhkəməsi Qubad İbadoğlunun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı şikayətinə baxıb.
azxeber.com APA-ya istinadaən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Nərimanov rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, dekabrın 3-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı şikayətini təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.
Q. İbadoğlu bu ay Avropaya səfərlə bağlı qadağanın götürülməsi üçün məhkəməyə növbəti dəfə müraciət edib.
Qeyd edək ki, Qubad İbadoğlu ötən ilin iyul ayında həbs edilib. O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pulların satışı), 167-3.1-ci (dini ekstremizmyönlü materialların saxlanması və ya yayılması) maddələrilə ittiham irəli sürülüb.
Bu il aprelin 22-də məhkəmə onun barəsində qətimkan tədbirini dəyişərək ev dustaqlığına buraxılmasına qərar verib.
Turlar.az [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır