Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağlığı verdi
Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağlığı verdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xalq artisti Yalçın Rzazadənin ailəsinə başsağılığı verib.
"Report"un məlumatına görə, başsağlığında deyilir:
"Azərbaycan Respublikasının Xalq artisti Yalçın Rzazadənin vəfatı xəbərini kədər hissi ilə qarşıladım. Müasir musiqi sənətimizdə öz dəst-xətti ilə seçilən Yalçın Rzazadə ifaçılıq məharəti və səhnə mədəniyyəti ilə musiqisevərlərin dərin hörmət və məhəbbətini qazanmışdır. Çoxillik təcrübə və biliyini, estrada sənətinin bütün sirr və incəliklərini həvəslə gənclərə öyrədən sənətkarın yaradıcılıq yolu gənc ifaçılar nəsli üçün əsl sənət məktəbidir. Onun "Dədə Qorqud", "Gün keçdi", "Qaynana", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərdə səsləndirdiyi mahnılar xalqımızın yaddaşından heç vaxt silinməyəcək.
Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar ailənizin üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm". /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına