Mehriban Əliyevadan Şuşanın mədəniyyət paytaxtı elan olunması münasibətilə ictimaiyyətə hədiyyə

Mehriban Əliyevadan Şuşanın mədəniyyət paytaxtı elan olunması münasibətilə ictimaiyyətə hədiyyəMehriban Əliyevadan Şuşanın mədəniyyət paytaxtı elan olunması münasibətilə ictimaiyyətə hədiyyə
Heydər Əliyev Fondu tərəfindən hazırlanan, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət "Əbədi imzalar" toplusu Şuşa şəhərində keçirilən "Xarıbülbül" musiqi festivalı çərçivəsində təqdim edilib.
"Əbədi imzalar" layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Nəşr Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması münasibətilə ictimaiyyətə hədiyyə olaraq təqdim edilib.
Layihə çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notları ilk dəfə toplu olaraq nəşr edilib. Topluda Azərbaycan bəstəkarlıq məktəbinin 6 görkəmli nümayəndəsi - Asəf Zeynallı, Cövdət Hacıyev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi və Vasif Adıgözəlovun əsərləri yer alıb.
İcrasına 2019-cu ildə başlanılan layihə çərçivəsində 6 bəstəkarın əsərlərinin yer aldığı 71 məcmuə dərc olunub. Bununla yanaşı, topluya 12 not qovluq da əlavə edilib. Həmin qovluqlar bəzi simfonik və kamera-instrumental əsərlərinin müxtəlif alətlər üçün solo partiyalarının notlarıdır.
Topluda nəşr olunan əsərlərin sırasında ilk dəfə işıq üzü görən nümunələr də var. Bəzi əsərlərin notları isə sovet dövründə dərc olunsa da, həmin nəşrlərin əksəriyyətində ciddi çap səhvləri aşkarlanmışdı. Heydər Əliyev Fondunun layihəyə cəlb etdiyi peşəkar heyətin iştirakı ilə həmin əsərlər redaktə prosesindən keçib. Azərbaycan və digər ölkələrin arxivlərində əsərlərin notları araşdırılaraq tapılıb, həmçinin bəstəkarların varislərinin iştirakı ilə müəlliflərin əlyazmaları üzrə müqayisələr aparılaraq seçilib və yenidən nəşr olunub. Toplu Azərbaycan musiqisi ənənələrinin, bəstəkarlarımızın əsərlərinin qorunub saxlanılması və yeni nəsil arasında təbliği baxımından əhəmiyyət daşıyır.
"Əbədi imzalar" layihəsi çərçivəsində digər görkəmli bəstəkarlarımızın da əsərlərinin notlarının təqdimatı nəzərdə tutulur.
Mehriban Əliyevadan Şuşanın mədəniyyət paytaxtı elan olunması münasibətilə ictimaiyyətə hədiyyəMehriban Əliyevadan Şuşanın mədəniyyət paytaxtı elan olunması münasibətilə ictimaiyyətə hədiyyəMehriban Əliyevadan Şuşanın mədəniyyət paytaxtı elan olunması münasibətilə ictimaiyyətə hədiyyəMehriban Əliyevadan Şuşanın mədəniyyət paytaxtı elan olunması münasibətilə ictimaiyyətə hədiyyəMehriban Əliyevadan Şuşanın mədəniyyət paytaxtı elan olunması münasibətilə ictimaiyyətə hədiyyəMehriban Əliyevadan Şuşanın mədəniyyət paytaxtı elan olunması münasibətilə ictimaiyyətə hədiyyəMehriban Əliyevadan Şuşanın mədəniyyət paytaxtı elan olunması münasibətilə ictimaiyyətə hədiyyəMehriban Əliyevadan Şuşanın mədəniyyət paytaxtı elan olunması münasibətilə ictimaiyyətə hədiyyə

Siyasi       Tarix: 12 may 2021
f Paylaş

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand


azerbaycan xeberleri yeni xeberler son xeberler enson xeberler iqtisadiyyat xeberleri bugun cəbhədən son vəziyyət ən son xeberler