Mehriban Əliyevanın tapşırığı ilə daha bir qazimiz Türkiyəyə müalicəyə göndərildi - VİDEO

Mehriban Əliyevanın tapşırığı ilə daha bir qazimiz Türkiyəyə müalicəyə göndərildi - VİDEOMehriban Əliyevanın tapşırığı ilə daha bir qazimiz Türkiyəyə müalicəyə göndərildi - VİDEO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə daha bir qazimiz müalicə üçün Türkiyəyə yola salınıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, II Qarabağ müharibəsinin daha bir iştirakçısı, əsgər Rəvan Əzizov da müalicə və reabilitasiya prosedurlarının keçməsi üçün Heydər Əliyev Fonduna müraciət edib. 
Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edən qazimiz mərmi partlayışı nəticəsində yaralanıb. 
Qazimiz Mehriban Əliyevanın tapşırığı ilə müayinə, müalicə və reabilitasiya üçün Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə göndərilib. 
Qazi Rəvan Əzizov yola düşmədən öncə qeyd edib ki, sentyabrın 27-də Azərbaycanın bütövlüyü uğrunda başlanan müharibədə Kəlbəcər-Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib:
"Oktyabrın 6-da Murovdağda yaralandım. Minaatan zərbəsi nəticəsində qəlpə boynuma dəydi və sinir sistemim zədələndi. İlk günlərdə əl-ayaq hərəkətlərimi itirmişdim, sonradan yavaş-yavaş bərpa olundu. İndi daha da yaxşılaşmaq üçün Türkiyəyə gedirəm".
R.Əzizov bildirib ki, Heydər Əliyev Fondu müraciətə qısa müddətdə cavab verib:
"Cənab Ali Baş Komandan İlham Əliyevə və  Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Onların dəstəyi ilə inşallah gedib Türkiyədə yaxşı olub, gələcəyəm". 
Rəvan Əzizovun anası Zöhrə Əzizova bildirib ki, yeganə övladının vəziyyəti ağır olduğu üçün Heydər Əliyev Fonduna müraciət edib:
"Çox sağ olsunlar ki, onlar da bizim müraciətimizi tez bir zamanda qəbul etdilər. Bizə kömək etdilər, dəstək oldular. Başda Mehriban Əliyeva və Ali Baş Komandanımız olmaqla, Heydər Əliyev Fondunun bütün təşkilatçılarına öz təşəkkürümüzü bildiririk ki, belə qısa zamanda oğlumun sağlamlığına qovuşması üçün bizi Türkiyəyə yola salırlar. Çox böyük ümidimiz var. İnşallah özü öz ayaqları üstündə Azərbaycana qayıdar".
Rəvan Əzizov əks-hücum əməliyyatları başlayan zaman hərbi xidmətdə olub və topçu kimi döyüşlərə qatılıb. Müharibədən sonra R.Əzizov Prezident İlham Əliyevin sərəncamı ilə "Cəsur döyüşçü" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir.  
Qarabağ müharibəsi zamanı torpaqlarımızın ərazi bütovlüyü uğrunda şəhid olan hərbçilərin ailəsinə və qazilərimizə qayğı Heydər Əliyev Fondunun fəaliyyətində daim diqqətdə saxlanılır. 
Xatırladaq ki, bir neçə gün bundan əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə daha bir qazimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib.

/oxu.az

Siyasi       Tarix: 12 fevral 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 xeberler bugun cəbhədən son məlumatlar novruz bayramı