Məkkədə böyük faciə, 550 zəvvar öldü – NƏ BAŞ VERİB?

Məkkədə böyük faciə, 550 zəvvar öldü – NƏ BAŞ VERİB?Səudiyyə Ərəbistanında Məkkəyə Həcc ziyarəti zamanı azı 550 nəfər ölüb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb bölgədə temperaturun 50 dərəcədən yüksək olmasıdır.
Diplomatlar izah ediblər ki, bu qədər ölüm halının səbəbi çoxlu sayda qeydiyyatsız zəvvardır və onların gəlişi yardım düşərgələrində xaosa səbəb olub.
Son məlumatlara görə, ölənlərin əksəriyyəti misirlilərdir. Son günlər ən azı 323 misirli zəvvarın Məkkədə dünyasını dəyişdiyi, onlarla şəxsin itkin düşdüyu bildiirilir. Misir Xarici İşlər Nazirliyi bildirib ki, Qahirə Həcc ziyarəti zamanı itkin düşən misirlilərin axtarışında Səudiyyə rəsmiləri ilə əməkdaşlıq edir.
İordaniyadan isə azı 60 zəvvar dünyasını dəyişib. Tehran səbəbləri açıqlamadan 5 iranlı zəvvarın ölümünü rəsmən açıqlayıb, Dakar isə üç seneqallı zəvvarın öldüyünü bildirib.
Səudiyyə Ərəbistanı rəsmiləri bazar günü istidən əziyyət çəkən 2000-dən çox zəvvara yardım etdiklərini bildirdilər. Təkcə həmin gün 2700-dən çox günvurma faktının olduğu təsdiqlənib.
Xatırladaq ki, ötənilki Həcc ziyarəti zamanı da əksəriyyəti indoneziyalı olmaqla azı 240 nəfərin öldüyü açıqlanmışdı.
Səudiyyə Ərəbistanı Milli Meteorologiya Mərkəzinin məlumatına görə, bazar ertəsi, iyunun 17-də Məkkədəki Məscidül-həramda temperatur 51,8 dərəcəyə çatıb. Bundan əvvəl, bazar günü ölkənin Səhiyyə Nazirliyi Həcc ziyarəti başlayandan bəri ən yüksək temperaturun qeydə alındığını bildirib və zəvvarlara ən isti saatlarda günəşə məruz qalmamağı, çətirlərdən istifadə etməyi və bol su içməyi tövsiyə edib.
Məkkədə böyük faciə, 550 zəvvar öldü – NƏ BAŞ VERİB?Statistikaya görə, hər il on minlərlə zəvvar rəsmi viza almaq kimi bahalı prosedurları qarşılaya bilmədiklərindən qeyri-qanuni yollarla Həcc ziyarətinə getməyə cəhd edirlər. Rəsmi məlumatlarda bildirilib ki, ölənlərin sayı çoxlu sayda qeydiyyatdan keçməyən misirli zəvvarlara görə artıb.
"Onlar zəvvar düşərgələrində böyük xaosa və xidmətlərin dayandırılmasına səbəb olub. Zəvvarlar uzun müddət yeməksiz, susuz və kondisionersiz qalaraq istidən ölüblər, çünki insanların çoxunun sığınacaq yeri yox idi", – deyə ölkədəki Həcc missiyasına nəzarət edən Misir rəsmisi bildirib.
İyunun əvvəlində Səudiyyə rəsmiləri Həcc ziyarəti ərəfəsində yüz minlərlə qeydiyyatsız zəvvarın Məkkədən qovulduğunu bildirmişdilər. Səudiyyə rəsmilərinin məlumatına görə, bu il Həcc ziyarətində təxminən 1,8 milyon zəvvar iştirak edib ki, onlardan 1,6 milyonu xaricdəndir.
Orxan Həsənli,
KONKRET.az

Hadisə       Tarix: 19 iyun 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşl

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər idman xeberleri ən son xeberler qarabag