Meksikada təyyarə supermarketin üzərinə düşdü: Ölən və yaralananlar var - FOTO/VİDEO
Meksikada təyyarə supermarketin üzərinə düşdü: Ölən və yaralananlar var - FOTO/VİDEO
Meksikanın Morelos ştatının Temiksko şəhərində təyyarə supermarketə çırpılıb.
İki mühərrikli "Beecraft King Air 90" tipli təyyarənin törətdiyi qəza nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb. Qəzada həyatını itirənlərin təyyarənin pilotu 47 yaşlı Maurisio, 34 yaşlı ikinci pilot Paulina və 46 yaşlı sərnişin Alejandra olduğu bildirilib. Yaralıların 1-i təyyarədə səyahət edən şəxs, 4-ü isə supermarketin müştərisi olub. Onlar xəstəxanaya aparılıb.
Təyyarənin qalıqları birmərtəbəli tikili olan supermarketin divarını aşaraq içəri keçib.
Təyyarənin hansı səbəbdən qəzaya uğradığı hələlik məlum deyil.
O, qəzaya düşməzdən düz bir saat əvvəl Meksikanın kurort şəhəri olan Akapulkodan havaya qalxıb.
Hadisə ilə bağlı araşdırma başlanıb.
Mənbə: TRT Haber
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız