Meksikanın nüfuzlu qəzetlərində Ermənistanın son hərbi təcavüz aktının reallıqları işıqlandırıldı - FOTO

Meksikanın nüfuzlu qəzetlərində Ermənistanın son hərbi təcavüz aktının reallıqları işıqlandırıldı - FOTOMeksikanın nüfuzlu qəzetlərində Ermənistanın son hərbi təcavüz aktının reallıqları işıqlandırıldı - FOTO
Meksikanın geniş oxucu kütləsinə malik "Excelsior" və "ContraReplica" qəzetlərində səfir Məmməd Talıbovun Dağlıq-Qarabağ münaqişəsi, Ermənistanın son hərbi təcavüz aktı və hazırkı hərbi əməliyyatlarla bağlı müsahibələri dərc olunub. 
Müsahibələrdə ilk olaraq münaqişənin tarixi haqda danışan səfir bəzi KİV-lərdə deyildiyinin əksinə olaraq, Dağlıq Qarabağın mübahisəli ərazi deyil, Azərbaycanın beynəlxalq qaydada tanınmış və yeddi ətraf rayonla birlikdə 30 ilə yaxındır Ermənistan tərəfindən işğal edilmiş ərazisi olduğunu, bu ərazilərdə yaşayan 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə aparılaraq onların doğma yurdlarından qovulduğunu və bu prosesin Xocalı soyqırımı kimi bəşəriyyət əleyhinə cinayətlərlə müşayiət olunduğunu qeyd edib. 
Səfir münaqişəyə dair BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd ayrı qətnamənin Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazılığına dəstək ifadə etdiyini, bu mövqeyin bir sıra digər mötəbər beynəlxalq təşkilatların qəbul etdiyi müvafiq sənədlərdə də öz əksini tapdığını, ancaq Ermənistan tərəfinin bu günədək həmin sənədlərin tələblərinə məhəl qoymamaqla yanaşı, danışıqlar prosesini pozmaq üçün təxribat əməlləri törətməkdən də çəkinmədiyi bildirib. 
27 sentyabr tarixindən etibarən Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərini, habelə 1949-cu il Cenevrə Konvensiyalarını kəskin şəkildə pozaraq mülkü əhali və infrastruktura qarşı çoxsaylı artilleriya və raket zərbələri endirdiyini və bu hücumların mülkü əhali arasında qadınlar və uşaqlar da daxil olmaqla tələfata yol açdığını, habelə son günlərdə Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhərlərini ballistik füzələrlə hədəfə aldığını  deyən səfir, bundan sonra Azərbaycan silahlı qüvvələrinin  Ertmənistanın növbəti təcavüz aktının qarşısını almaq, dinc yaşayış məntəqələri və mülkü əhalinin təhlükəsizliyini təmin etmək üçün özünümüdafiə hüququndan istifadə edərək və beynəlxalq hüquqa uyğun şəkildə əks-hücum tədbirlərinə başladığını söyləyib.
Ermənistanın son iki il ərzində törətdiyi çoxsaylı təxribat xarakterli əməllərdən danışan səfir, bu xüsusda işğalçı dövlətin silahlı qüvvələrinin iyul ayında Tovuz ərazisindəki hücumlarını, avqust ayında Goranboy bölgəsindəki diversiya əməlini, bu ölkənin baş nazirinin "Qarabağ Ermənistandır" kimi bəyanatlarını, işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşdırma apardığını qeyd edərək, bu əməllərin Ermənistanın illərdir yürütdüyü anneksionist siyasətin təzühürü olduğunu, iki həftə öncə başladılmış son təcavüz aktının da bu siyasətin davamı kimi ortaya çıxdığını və Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə, o cümlədən BMT Baş Assambelyası çərçivəsində son çıxışında Ermənistanın bu addımları və Azərbaycana qarşı növbəti hərbi təcavüzə hazırlaşdığı barədə dünya ictimaiyyətinə xəbərdarlıq etdiyini bildirib.
Azərbaycanın 30 ilə yaxın bir müddətdə münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesinə sadiq qaldığını söyləyən diplomat, son iki ildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin daha aqressiv mövqe nümayiş etdirməklə və qeyd olunan təxribat xarakterli əməlləri ilə danışıqlar prosesini tamamilə pozduğunu deyib.
Müxbirin sualına cavab olaraq, münaqişənin Azərbaycan üçün əsla dini əsası olmadığını vurğulayan səfir, eyni zamanda Türkiyənin də münaqişədəki roluna toxunaraq, Türkiyənin Azərbaycana qardaş ölkə olduğunu, hazırkı münaqişədə ölkəmizə siyasi və mənəvi dəstək göstərdiyini və ümumiyyətlə regionda bir növ sabitləşdirici rol oynadığını bildirib.
Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qalması və bu ölkənin davamlı təcavüz aktlarının regionda sülh və təhlükəsizliyə qarşı başlıca təhdid olduğunu, daim sülh tərəfdarı olan Azərbaycanın 30 ilə yaxın işğal edilmiş ərazilərinin danışıqlar yolu ilə azad ediləcəyinə ümid etdiyi halda, Ermənistanın bu vaxtdan istifadə edərək danışıqları imitasiya edərək öz işğal faktını daha da möhkəmləndirməyə çalışdığını deyən diplomat, regionda davamlı sülhün bərqərar olmasının yeganə formulunun beynəlxalq düzənə sadiq qalınaraq dövlətlərin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi, bu xüsusda işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi və məcburi köçkünlərin geri qaytarılması olduğunu vurğulayıb. 
Sonda səfir Azərbaycan xalqının da regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün işğal olunmuş Azərbaycan ərazilərindən erməni qoşunlarının çıxarılması və BMT TŞ-nin müvafiq qətnamələrinin icra edilməsini tələb etdiyini bildirərək, beynəlxalq ictimaiyyətin hər zamankından daha qətiyyətli mövqe sərgiləməli olduğunu, Ermənistandan mülkü əhalimizə qarşı terror addımlarından əl çəkməyi, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün hüquqlarını bərpa etməyi, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinə əməl etməyi və adıçəkilən qətnamələri yerinə yetirməyi tələb etməli olduğunu, əks halda bu tip münaqişələrin qlobal təhlükəsizliyə də təhdid yarada biləcək zəncirvari hadisələrə gətirib çıxara biləcəyini söyləyib. 
Müsahibələrlə bu linklərdən tanış ola bilərsiniz:
Meksikanın nüfuzlu qəzetlərində Ermənistanın son hərbi təcavüz aktının reallıqları işıqlandırıldı - FOTOMeksikanın nüfuzlu qəzetlərində Ermənistanın son hərbi təcavüz aktının reallıqları işıqlandırıldı - FOTO

Siyasi       Tarix: 14 oktyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler dunyada son xeberler bugunun xeberleri xəbər en son xeber