Məktəbdə müəllim iş yoldaşını dərs bölgüsü üstündə döydü
Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb.
KONKRET.az APA-ya istinadla xəbər verir ki, sözügedən məktəbin ibtidai sinif müəllimi – 1981-ci il təvəllüdlü P.Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, P.Məmmədova müəllim yoldaşı S.Əhmədova ilə məktəbdə dərs bölgüsü üstündə mübahisə ediblər. Zərərçəkən P.Məmmədovanın sözlərinə görə, onu məktəbdə müəllim yoldaşı olan S.Əhmədova döyərək xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bilidirilib ki, müraciətlərlə bağlı Ağstafa Rayon Polis Şöbəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır.

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır