Məktəbəqədər kurslar ailə büdcəsini dağıdır' - Deputat etiraz etdi
Milli Məclisin bu gün keçirilən iclasında "Təhsil haqqında" və "Məktəbəqədər təhsil haqqında" qanunlara dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Layihə barədə deputatlara məlumat verən Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov təklif olunan dəyişikliklərin məzmununu açıqlayıb. Müzakirələr zamanı çıxış edən komitə üzvü Siyavuş Novruzov ölkədə məktəbəqədər hazırlıq sahəsindəki problemlərə diqqət çəkib.
Deputat qeyd edib ki, hər binanın aşağısında əlçatan və münasib qiymətli məktəbəqədər hazırlıq mərkəzləri yaradılmalıdır:
"Əksər hallarda hər iki valideyn işləyir. İnsanlar uşaqlarını uzaq məsafəyə aparmaq və ya əlavə nəqliyyat xərci çəkmək məcburiyyətində qalırlar. Ona görə də mağaza və gözəllik salonlarının əvəzinə, yaşayış binalarının altında məktəbəqədər mərkəzlər açılmalıdır".
Siyavuş Novruzov bəzi özəl məktəbəqədər mərkəzlərin tələb etdiyi yüksək qiymətləri də sərt şəkildə tənqid edib:
"Hazırda elə özəl məktəbəqədər hazırlıq mərkəzləri var ki, aylıq 7000 manat pul istəyirlər. Mən elə bir mərkəz tanımıram ki, bu məbləğə uyğun təhsil versin. Azərbaycanda kim var ki, uşağına ayda 7000 manat versin? Üstəlik, hər evdə bir yox, iki uşaq ola bilər".
Deputat belə mərkəzlərin fəaliyyətinə nəzarətin gücləndirilməsinin vacib olduğunu vurğulayıb.
musavat.com / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır