Məktəblilərdə konkret hallarda boşluqlar var və onlar aradan qaldırılmalıdır' - Komitə sədri
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova son günlər sosial şəbəkələrdə məktəblərdə şagirdlərin müəllimlərə qarşı hörmətsiz davranışlarını əks etdirən görüntülərə münasibət bildirib.
O deyib ki, bu məsələnin görünən tərəfidir.
"Bəlkə də oxşar hadisələr olur və biz bundan xəbər tutmuruq. Yaxud da hadisələr olur və qarşısı dərhal alınır", - Dövlət Komitəsinin sədri vurğulayıb.
B.Muradova müəllim və valideynlərə çağırış edib: "Yuxarı sinif şagirdlərinin elə bir yaş dövrüdür ki, bəlkə də onlar bunu qəhrəmanlıq kimi qəbul edirlər. Burada ailənin, cəmiiyyətin, məktəbin və dövlət orqanlarının əlaqəli işi olmalıdır ki, belə hadisələrin qarşısını alaq, baş verdiyi halda onun nəticələrinin daha zərərsiz olması üçün çalışaq. Bu məsələ ilə Təhsil Nazirliyi məşğul olur. Biz də töhfə verməyə çalışırıq. Ümumilikdə bütün qurumlar, ailə və cəmiyyət töhfə verməlidir. Hər kəsin hüququ olduğu kimi vəzifələri də var. Məktəblilərin təhsil müəssisəsində şagird kimi öhdəlikləri var. Valideynlər evdə onların hüququnu başa saldığı kimi öhdəliklərini də anlatmalıdır. Düşünürəm ki, konkret hallarda boşluqlar var və onlar aradan qaldırılmalıdır".
Report

Vuçiç istefa verdi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var
Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA
Bərdədə VAZ eşşək arabası ilə toqquşdu: Ölən var
Naxçıvanda maşın aşdı: ölən var
Azərbaycan nefti bahalaşdı
Meloni İlham Əliyevə təşəkkür etdi