Məktəblilərə verilən maraqlı tapşırıq: Gələcəyin avtomobilinin təsviri və təbiətlə harmoniya - FOTO

Məktəblilərə verilən maraqlı tapşırıq: Gələcəyin avtomobilinin təsviri və təbiətlə harmoniya - FOTOMəktəblilərə verilən maraqlı tapşırıq: Gələcəyin avtomobilinin təsviri və təbiətlə harmoniya - FOTO
Beynəlxalq Avtoidman Federasiyası (FİA) prezidenti Mohammed Ben Sulayem Azərbaycan məktəblilərinə diplomlar təqdim edib. 
Oxu.Az xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilati dəstəyi ilə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) elan etdiyi "Gələcəyin ekoloji avtomobili" rəsm müsabiqəsinə Heydər Əliyev Mərkəzində yekun vurulub. Xatırladaq ki, məktəblilər arasında təşkil olunmuş onlayn müsabiqə AADA-nın "Yaşıl ölkə" layihəsinin tərkib hissəsidir.  
Bu layihə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" adlı sərəncamının 5-ci bəndinə, "Təmiz ətraf mühit" və "yaşıl artım ölkəsi" müddəasına əsasən işçi qrupunun təklif etdiyi tədbirlər çərçivəsində həyata keçirilir.
Belə ki, layihəyə 10 may tarixində Bakı-Mingəçevir marşrutu ilə ölkədə ilk ekoloji avtomobillərin yürüşü ilə start verilib. Ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək istiqamətində növbəti tədbir rəsm və dizayn müsabiqəsi olub. Məktəblilərə tapşırıq verilib ki, gələcəyin avtomobilini təsvir etsinlər, elə bir avtomobili ki, ətraf mühitə heç bir ziyan vurmur, təbiətlə tam harmoniya şəraitində işləyir. Müsabiqəyə qatılmaq üçün öz əl işini "Instagram"da AADA-nın rəsmi səhifəsini işarələməklə dərc etmək yetərli idi. Müsabiqənin şərtlərinə uyğun göndərilmiş 50-yə yaxın rəsmləri hazırda ölkədən xaricdə çalışan məşhur avto-dizayner Samir Sadıxovun onlayn başçılıq etdiyi münsiflər heyəti qiymətləndirib. Nəticədə 3 əsas və 3 həvəsləndirici mükafatların sahibləri müəyyən olub: 1-ci yerə Əli Mürsəlov, 2-ci yerə Nuru Nuran, 3-cü yerə Xanım Əsədova layiq görülüb. Daha üç məktəbli - Afşin Sadıqzadə, Gülay Məmmədova və Xəyal Agu həvəsləndirici mükafatlar alıblar.
Heydər Əliyev Mərkəzinə dəvət edilmiş qaliblər üçün ilk növbədə burada fəaliyyət göstərən Klassik avtomobillər sərgisinə tur təşkil olunub. Məktəblilərə burada sərgilənən 100-ə yaxın unikal və tarixi avtomobillər barədə məlumat verilib. Ekskursiyadan sonra "Formula-1" üzrə Azərbaycan Qran-prisi münasibətilə ölkəmizdə səfərdə olan FİA prezidenti Mohammed Ben Sulayem və AAF prezidenti Anar Ələkbərov ilə görüş baş tutub. AADA sədri Natiq Zərbəliyev onlara müsabiqə və qaliblər barədə məlumat verdikdən sonra, məktəbli uşaqlara diplom və pul mükafatları təqdim olunub.
AADA sədri N.Zərbəliyevin verdiyi məlumata görə "Yaşıl ölkə" layihəsi çərçivəsində tezliklə daha bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Məsələn, iyul ayında Qəbələdə gerçəkləşəcək ənənəvi "Caucasus Motor-Show 2022" sərgisi çərçivəsində ekoloji avtomobillər mövzusunda AADA-nın konfransı planlaşdırılır.
Məktəblilərə verilən maraqlı tapşırıq: Gələcəyin avtomobilinin təsviri və təbiətlə harmoniya - FOTOMəktəblilərə verilən maraqlı tapşırıq: Gələcəyin avtomobilinin təsviri və təbiətlə harmoniya - FOTOMəktəblilərə verilən maraqlı tapşırıq: Gələcəyin avtomobilinin təsviri və təbiətlə harmoniya - FOTOMəktəblilərə verilən maraqlı tapşırıq: Gələcəyin avtomobilinin təsviri və təbiətlə harmoniya - FOTOMəktəblilərə verilən maraqlı tapşırıq: Gələcəyin avtomobilinin təsviri və təbiətlə harmoniya - FOTOMəktəblilərə verilən maraqlı tapşırıq: Gələcəyin avtomobilinin təsviri və təbiətlə harmoniya - FOTOMəktəblilərə verilən maraqlı tapşırıq: Gələcəyin avtomobilinin təsviri və təbiətlə harmoniya - FOTO

Maraqlı       Tarix: 13 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberleri xəbər cəbhədən xəbərlər ensonxeberler