Melkonyandan GÖZLƏNİLMƏZ AÇIQLAMA: Rusiyanın regionda mövqeyi zəifləyir, Azərbaycan isə..."
"Rusiyanın regiondakı mövcudluğu azalır, Bakının rolu ön plandadır".
KONKRET.az xəbər verir ki, bunu politoloq Sergey Melkonyan İrəvanda keçirilən müzakirələr zamanı səsləndirib.
O bildirib ki, Ermənistanın Azərbaycanla əvəz olunması Rusiyanın Cənubi Qafqazdakı təsirinin zəifləməsinə səbəb olub.
"Hazırkı proseslər göstərir ki, regionda Rusiyanın təsiri azalır. Avropada baş verən ilk eskalasiya nəticəsində Rusiya Qarabağdakı mövcudluğunu itirdi, ikinci eskalasiya isə Suriyada oxşar nəticəyə gətirib çıxardı. Rusiya eyni anda həm əsas hərbi əməliyyatlar aparılan teatrda, həm də ikinci dərəcəli cəbhədə resurslarını səfərbər etməkdə çətinlik çəkir", – deyə ekspert bildirib.
Melkonyan əlavə edib ki, Rusiya 2022-ci ildə Praqa bəyannaməsinin imzalanmasının qarşısını almaq üçün imkanlara malik idi.
"Bu, Rusiyanı Azərbaycanla maraqların toqquşduğu nöqtəyə aparardımı? Bəli. Azərbaycan Rusiya sülhməramlılarının Qarabağdan tamamilə çıxmasını istəyirdi, Rusiya isə orada qalmaq niyyətində idi. Maraqları qorumaq üçün mübarizə aparmaq lazım idi", – deyə politoloq vurğulayıb.
Aysu İbrahimova
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir