Məmmədyarov italiyalı həmkarını Bakıya dəvət etdi

Məmmədyarov italiyalı həmkarını Bakıya dəvət etdiMəmmədyarov italiyalı həmkarını Bakıya dəvət etdi
İyulun 14-də Xarici İşlər naziri Elmar Məmmədyarovla İtaliyanın Xarici İşlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio arasında telefon danışığı olub.
XİN Mətbuat xidməti idarəsindən bildirilib ki, E.Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycan və Ermənistan dövlət sərhədində hərbi təxribatının qarşısının alınması, bölgədə davam edən gərgin vəziyyət barədə məlumat verib. O, bölgədəki gərginliyin səbəbinin Ermənistanın təcavüzkar siyasəti olduğunu qeyd edib və işğalçı qüvvələrin Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonundan çıxarılmasının zəruri olduğunu vurğulayıb.
E.Məmmədyarov Ermənistanın son hərbi təxribatı da daxil olmaqla, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı İtaliyanın sərgilədiyi mövqeyə, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığını hər zaman vurğuladığına görə təşəkkürünü ifadə edib.
Söhbət əsnasında nazirlər iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya həyata keçirilən dövlət səfərini iki ölkə arasında siyasi dialoqun və hərtərəfli əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndiriblər.
Nazirlər "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyənnamə" ilə tərəflərin bu strateji tərəfdaşlığı çoxölçülü, hərtərəfli formada siyasi, iqtisadi-ticarət, enerji, mədəniyyət, elm-təhsil və digər sahələrdə əməkdaşlığı daha da gücləndirmək istəklərini ortaya qoyduqlarını qeyd ediblər.
Tərəflər, həmçinin iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətini müzakirə ediblər.
Cənubi Qaz Dəhlizinin müəyyən edilmiş qrafik üzrə fəaliyyəti, eləcə də Azərbaycan-Avropa İttifaqı arasında münasibətləri nazirlər tərəfindən müzakirə olunub.
E.Məmmədyarov pandemiya ilə bağlı vəziyyət normallaşdıqdan sonra italiyalı həmkarını Bakıya səfərə dəvət edib. /oxu.az

Siyasi       Tarix: 14 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər son xeberler bu gun krimnal bugun ən son xəbər