Mən xəstəxanaya getmişdim, orada...' - Rafael İsgəndərov DANIŞDI
Əməkdar artist Rafael İsgəndərov "Məhəllə 2 - Moskva" filmi ilə bağlı maraqlı məqamları açıqlayıb.
Aktyor məşhur mavzoley səhnəsinin çəkilişindən danışıb.
"Mavzoleyin içinə girişə qədər orada çəkilib. Bəlkə, indi telefonla kimsə orada çəkiliş edir, amma o vaxt orada icazəsiz film çəkilişi hər adamın işi deyildi. Təbii ki, icazə alınmışdı. Mühafizədə polislər var idi. Mavzoleyin içinə girişə qədər orada çəkilib. Sonrası burada çəkilib. Lenini ifa edən aktyor da öz azərbaycanlımızdır", - deyə Rafael İsgəndərov bildirib.
Aktyor sözügedən şəxsi necə tapdıqlarından söz açıb:
"Mən xəstəxanaya getmişdim. Liftlə çıxanda gördüm bunu. Liftdə işləyirdi. Uşaqlara dedim ki, gəlin gedək baxaq. Hamımız girdik liftə, Tahir İmanov birbaşa kişiyə dedi ki, "Ağsaqqal, sənə filmdə rol təklif etsələr, oynayarsan?" O da çox gözəl bilirdi. Dedi ki, "Lenini oynamaq?" O adamın üzündə bir qram qrim yoxdur. Saç, bığ, saqqal, nə varsa özünündür. İndi salamatdır, Allah cansağlığı versin. Fikir versəniz, film bitdikdən sonra orada alınmayan dubllar var. Gülmək tutur bizi. O, tabutda uzanıb, o adamın isə üzü gülmür. Tamaşaçını da çox vaxt çaşdıran odur ki, elə bilirlər ki, bu ya əsl oradakı Lenindir, ya da ki, maketdir. Bizi o tabutun başında gülmək tutur, o adamın dodağı da tərpənmir". (olay) / azxeber.com

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır
Biz eyni ananın iki oğluyuq - Dövlət Bağçalıdan Azərbaycana təbrik