"Məni ASALA kimi terror təşkilatları ilə hədələyiblər" - Fransız DEPUTAT

"Məni ASALA kimi terror təşkilatları ilə hədələyiblər" - Fransız DEPUTAT"Təxminən 10 gün bundan əvvəl Fransanın "Figaro" qəzeti Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi haqqındakı müsahibəsini dərc etmişdi. Mən də öz növbəmdə həmin məqaləni öz şərhlərimi bildirərək "Facebook" səhifəmdə paylaşmışdım və bildirmişdim ki, Fransanın mövqeyi beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini qəti şəkildə dəstəkləməkdən ibarətdir".
Publika.az xəbər verir ki, bunu Oxu.Az-a Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber deyib.
O, ölkə başçısı İlham Əliyevin müsahibəsini özünə məxsus "Facebook" səhifəsində dərc etdiyi üçün təzyiqlərlə üzləşib. 63 yaşlı fransız millət vəkili Fransa hökumətinin mövqeyini əks etdirən fikirlər ortaya qoysa da, ölüm təhdidi ilə qarşılaşdığını bildirib:
"Qeyd etmişdim ki, İlham Əliyevin müsahibəsi azərbaycanlıların nöqteyi-nəzərini və hazırkı vəziyyətlə bağlı ən ideal fikri öyrənməyə imkan verir. Əlimizdə erməni tərəfindən də gələn bir sıra informasiyalar mövcuddur. "Facebook" üzərindən yazdığım bu mesaj bir çoxlarını, xüsusilə erməni əsilli fransızları qıcıqlandırıb və onlar mənə təhqir və təhdid dolu mesajlar göndərmiş, məni ASALA kimi terror təşkilatları ilə hədələyiblər.
Mən bütün bu təhdidlərə cavabımı verib, parlamentdəki missiyamı yerinə yetirməyə və ölkəmin məsələ ilə bağlı mövqeyini müdafiə etməyə davam etdim. Ölkəmin mövqeyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın 30 ildir işğal altında olan torpaqlarından çıxarılmasını tələb edən qətnamələri dəstəkləməkdir. Ölkəmin mövqeyi dəyişməzdir və mən bunu dəstəkləyirəm. Bu təhdidlər bizim mövqeyimizi dəyişməyəcək. Eyni zamanda bu təhdidlər göstərir ki, bəzi ekstremist ermənilər sülh, ədalət və BMT TŞ qətnamələrinin icra olunması tərəfdarı deyillər".
Jerom Lamber onu da bildirib ki, Fransanın TF1 telekanalının jurnalisti Liseron Budulun da Azərbaycanla bağlı reportajına görə təzyiqlə üzləşdiyini xatırladıb:
"Mən həmçinin TF1 kanalının jurnalistinin Azərbaycan ərazisindən hazırladığı reportajın milliyətçi ermənilər tərəfindən necə kəskin şəkildə tənqid olunduğunu da gördüm. Həmin jurnalist də təhdidlər alıb və TF1 kanalına da Ermənistanı dəstəkləyən fanatik milliyyətçilər tərəfindən etiraz olunub. Sözügedən vəziyyət dözülməzdir. Fransa kimi mətbuat və söz azadlığının qorunduğu bir ölkədə belə təhdidləri qəti şəkildə qınamalıyıq".

Dünya       Tarix: 02 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, 290 959 53

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

Qazaxıstanda GƏRGİN GECƏ: etirazçılar polisi döydülər, maşınlara OD VURDULAR - VİDEO

Almatıda Respublika meydanında etirazçılar polis əməkdaşını döyüb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərini yandırıblar. xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirili

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler en sonxeber hava durumu axsam az xeberler