Mənzillərin qiyməti bahalaşıb - 75-80 min manat... - VİDEO
Daşınmaz əmlak bazarında son bir neçə aydır ki, evlərin qiymətində kəskin bahalaşma müşahidə edilir.
azxeber.com-un məlumatına görə, əvvəllər köhnə tikli binalarda iki otaqlı mənzillər 75-80 min manata təkilif edilirdisə, hazırda 100 min manata belə mənzil tapmaq müşkülə çevirilib.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Xəzər Xəbər"ə deyib ki, qiymət artımı təkcə yeni tikli evlərdə müşahidə edilmir. Onun sözlərinə görə, köhnə tikili 5 və 9 mərtəbəli binalardakı evlərdə də qiymət artımı var. Ekspert hesab edir ki, dünyada son vaxtlar baş verən hadisələr Azərbaycan bazarında mənzilə tələbi çoxaldıb. Bu da qiymət artımını qaçılmaz edib.
Ekspert deyib ki, həmin ölkə vətəndaşları Azərbaycanda ev alıb kirayə verməklə əllərində olan vəsaiti həm də bir növ sığortalamış olurlar.
Ramil Osmanlının sözlərinə görə, qarşıdakı aylarda mənzillərin qiymətində enmənin olması gözlənilmir.
Rieltor Həşim Qədirov vurğulayıb ki, köhnə tikli binalarda qiymət artımı heç vaxt bu həddə gəlib çıxmayıb.
Onun sözlərinə görə, mənzil bazarına tələb Rusiya və Ukraynadan Azərbaycana kütləvi axın olan zaman daha çox oldu. Amma sonradan bu hal daşınmaz əmlak bazarında durğunluğa gətirib çıxardı.

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu