Mərakeş ekoloji təmiz təyyarələr istehsal edəcək
Bu yaxınlarda Mərakeş şəxsi təyyarələr istehsal edən ölkələrin siyahısına daxil olub. İsveçrənin "Pilatus" şirkəti "PC-12" modelli planerlərin tam quraşdırılması üçün Krallıqda zavod açmaq niyyətindədir.
Publika.az xəbər verir ki, Mərakeşin aeronavtika və kosmonavtika sahəsi mütəxəssisləri assosiasiyasının ("GIMAS") rəhbəri Kərim Şeyxin sözlərinə görə, bu ölkə qlobal iqtisadi layihələr və müxtəlif sənaye sahələrinə, o cümlədən aviasiya sənayesi sahəsinə xarici investisiyaların yatırılması üçün mühüm bazara çevrilib.
Mərakeş aviasiya sahəsi üzrə ilk ərəb ölkəsidir ki, bu sahənin məhsulunu Avropa və Amerika bazarlarına ixrac edir.
Assosiasiya rəhbəri ümidvardır ki, Krallığın aviasiya sənayesi gələcəkdə xüsusən də "yaşıl təyyarə" kimi tanınan ekoloji təmiz təyyarələrin istehsalında əhəmiyyətli inkişafın şahidinə çevriləcək.
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək