"Mercedes"lə "avtoş"luq edən Bakı sakininin işi məhkəməyə göndərilib
Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaratmaqla qəza törədən sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran rayonundakı regional qrupundan Open.az-a verilən məlumata görə, Bakı şəhər sakini Hikmət Hətəmli idarə etdiyi "Mercedes Benz" markalı, 99-SR-457 dövlət qeydiyyat nişanlı avtomobillə Astara şəhəri ərazisində avtoxuliqanlıq hərəkətləri edib. Daha sonra isə idarətməni itirib və nəqliyyat vasitəsini yolun kənarında dayanmış "Nissan Teana" markalı avtomobilə vurub. Yol polisi əməkdaşları tərəfindən saxlanılan H.Hətəmlinin avtomobili etibarnaməsiz, həmçinin sürücülük hüququ olmadan idarə etdiyi məlum olub.
İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxs barəsində Astara RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib. /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib