Mərdəkanda üç nəfər kafe sahibini döydü, pilləkəni sındırdı - QƏRAR

Mərdəkanda üç nəfər kafe sahibini döydü, pilləkəni sındırdı - QƏRARBakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əsgər Muradov, Malik Həsənov və Qafur Yusifovun (hər üç şəxsin adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2025-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsində yerləşən "Rem-X Pub" adlı kafedə baş verib.
Belə ki, təqsirləndirilən şəxslər kafedə, onun üçüncü mərtəbəsində pivə içərək sərxoş vəziyyətə düşüblər. Bundan sonra onların öz aralarında mübahisə yaratdıqları və səs-küy saldıqları, nəticədə digər müştərilərin istirahətinə və kafedə normal iş fəaliyyətinə mane olduqları bildirilir.
Səs-küyü eşidən kafenin sahibi və zərərçəkmiş F.F. (adı, soyadı şərtidir) üçüncü mərtəbəyə qalxaraq Əsgər Muradov, Malik Həsənov və Qafur Yusifovu sakitliyə riayət etmələri barədə irad tutub. Zərərçəkmiş şəxs ardınca həmin yerdən çıxaraq aşağı düşüb.
Həmin şəxslər isə birlikdə F.F.-in arxasınca düşüb. Onlar kafedə ikinci mərtəbədə zərərçəkmiş şəxsi saxlayıblar.
F.F. onlara irad tutarkən kobud danışıb və guya həmin şəxsləri söyüb. Təqsirləndirilən şəxslər isə bunu mübahisə yaratmaq üçün bəhanə ediblər.
Bundan sonra qarşılıqlı münasibətlərin pozulması zəminində ictimai yerdə, bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə mübahisə yaranıb.
Əsgər Muradov, Malik Həsənov və Qafur Yusifov ictimai qaydanı kobud şəkildə pozaraq ətrafdakı şəxslərə açıq hörmətsizlik nümayiş etdirib, zor tətbiq etməklə zərərçəkmiş şəxsə hücum ediblər.
Onlar əlbir olaraq zərərçəkmiş şəxsin sağ göz və burun nahiyələrinə bir neçə dəfə yumruq zərbələri endiriblər. Nəticədə F.F.-in sağ gözaltı nahiyəsində qançır və burun sümüyündə yerdəyişməyən sınıq yaranıb.
Təqsirləndirilən şəxslərin hərəkətləri yalnız zərərçəkmiş şəxsə xəsarət yetirilməsi ilə məhdudlaşmayıb. Onların kafenin mərtəbələrarası dəmir pilləkəninə də zərər vuraraq onu sındırdıqları bildirilir. Nəticədə F.F.-ə məxsus kafeyə 300 manat məbləğində maddi ziyan dəydiyi qeyd olunur.
Bundan başqa, hadisə zamanı kafedə yaranmış səs-küy və qarşıdurma obyektin iş fəaliyyətinin qısa müddətə pozulması ilə nəticələnib.
Hadisədən sonra həmin şəxslər saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə onlar 1 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum edilib.

Hadisə       Tarix: 09 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI

Lənkəranda sahibkar həyat yoldaşını xüsusi amansızlıqla döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Boladi kəndində baş verib. Kənd sakini, sahibkar-fermer Anar Məhərrəmov 1994-cü ildə ailə həyatı qurub və onun b

18 yaşlı qız evdə ölü tapıldı

Lənkəranda evdən meyit tapılıb. KONKRET. -a istinadla xəbər verir ki, hadisə rayonun Nərimanabad-2 qəsəbəsində baş verib. Qəsəbə sakini 18 yaşlı Anara Anar qızı Nəzərovanın meyiti yaşadığı evdə aşkarlanıb. Onun hansı səbəbdə

Bakı metrosunda ölüm hadisəsi - kişi vəfat etdi 

Metronun "Avtovağzal" stansiyasında kişi vəfat edib. Trend-ə istinadla xəbər verir ki, hadisə günorta saatlarında baş verib. Belə ki, stansiyanın platformasında ahıl yaşlı bir sərnişinin qəfil halı pisləşib. Dərha

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı artdı

İstanbulun Maltəpə rayonunda yeddimərtəbəli binanın ilk 3 mərtəbəsinin çökməsi nəticəsində ölənlərin sayı 5-ə çatıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində ümumilikdə 1

İran polisi Zahidanda iki mülki şəxsi gülələdi

İran polisi Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində xəbərdarlıq etmədən avtomobilə atəş açıb. xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb. Atəş nəticəsində iki mülki şəxs yerindəcə həlak olub

Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin - Fotosu

Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyə bayraqlı "Royad Məmmədov" yük gəmisinin PUA hücumuna məruz qalması nəticəsində həlak olan digər azərbaycanlı dənizçinin də kimliyi müəyyənləşib. -a istinadən xəbər veri

Genişmiqyaslı hərbi əməliyyatlar başladı: rəsmən elan edildi – Təcili

Yəmən Prezident Şurasının rəhbəri Rəşad əl-Əlimi husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatların başladığını elan edib. -a istinadən xəbər verir ki, o, bu barədə "Əl-Cəzirə" kanalına danışıb. Əl-Əliminin sözlərin

Bakıda iti binanın pəncərəsindən atan şəxs həbs edildi

Bakıda heyvanla rəhmsiz rəftar edən şəxs saxlanılıb. apa-ya istinadən xəbər verir ki, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs barəsində inzibati qaydada tədbi

Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir

Bakıda qətl hadisəsi olub. KONKRET. -a istinadən xəbər verir ki, hadisə bu gün Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb. 4 uşaq anası olan 40 yaşlı Esmira Ağalarova boğularaq öldürülüb. Polisin keçirdiyi əməliyya


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi maşın realiti şou oxu.az xeberler sonxeberler