Mərkəzi Bankın yeni binasının tikintisinə ayrılan vəsait 770 milyon manata çatıb
Azərbaycan Mərkəzi Bankın yeni binasının tikintisinə ayrılan vəsaitin həcmi 770 milyon manata çatıb.
KONKRET.az xəbər verir ki, AMB-nin Bakı şəhəri Nizami rayonunda yerləşən yeni inzibati binasının inşaası üzrə baş podratçı təşkilatla bağlanılmış müqaviləyə əsasən 242,1 milyon manat və tikinti smetalara daxil olmayan digər kapital qoyuluşlarına aid yerinə yetirilmiş işlərə 39,8 milyon manat ayrılıb.
Yeni binanın təhvil verilməsi üçün baş podratçı təşkilatla bağlanılmış müqavilə çərçivəsində yerinə yetiriləcək işlər üzrə 355,1 milyon manat ayrılması nəzərdə tutulub. Bundan əlavə, Xəzinə Mərkəzinin müvafiq avadanlıqla təchizi və quraşdırılması, habelə inzibati binanın mebel və avadanlıqla təmin edilməsi üçün 132,9 milyon manat xərclənəcək. Xərclənən və xərclənməsi nəzərdə tutulan vəsaitlərin toplam həcmi 769,9 milyon manat təşkil edir.
Qeyd edək ki, 2020-ci ilin fevral ayında AMB yeni inzibati binasının detallı layihələndirməsi və tikintisi üçün tender elan edib. 2021-ci ildə Türkiyənin "Tekfen İnşaat və Təsisat" şirkəti tenderin qalibi olub və onunla 218 milyon avro dəyərində müqavilə imzalanıb. "Tekfen İnşaat" bundan əvvəl, "SOCAR Tower" və Bakı Olimpiya Stadionunun tikintisini də həyata keçirib.

Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
Rejim dəyişikliyi yoxsa hakimiyyətin xilası? – İranda nələr baş verir?
Fərhad Mehdiyevin qızı faciəvi şəkildə həyatını itirdi
Ağ Ev yaxınlığında HƏYƏCAN - Hücum edildi
Əməkdar mədəniyyət işçisi ağır qəzaya düşdü - Fotolar
DÇ-2026: Argentina və Fransa mübarizəyə qoşulur
Fransa və Argentina mübarizəyə qoşulur - DÇ-nin təqvimi
Türkiyədə avtomobilin dərəyə aşması nəticəsində 3 uşaq ölüb
Avropa Liqası: "Qarabağ"ın rəqibi bəlli olacaq
Mən olmasaydım, İsrail mövcud olmazdı - Tramp
ABŞ bu ölkədə silah anbarı tikir
SON DƏQİQƏ! ABŞ–İran anlaşmasının TAM MƏTNİ
SON DƏQİQƏ! İranda şok: İnsanların evinə basqın edildi
Medina "Qarabağ"dan getdi
Cavid Hüseynov bu klubun baş məşqçisi oldu