"Mərkəzi Kəşfiyyat İdarəsi Putinin planlarını öncədən bilirdi" - Bayden
Amerika kəşfiyyat xidmətləri Vaşinqtona Rusiya tərəfinin Ukraynada "xüsusi hərbi əməliyyat" keçirməklə bağlı planları barədə əvvəlcədən məlumat verib.
KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Virciniya ştatının Lenqlidəki baş qərargahına səfəri zamanı deyib.
"Kəşfiyyat mütəxəssislərimizin inanılmaz əməyi sayəsində biz dünyanı Vladimir Putinin Ukraynada nə planlaşdırdığı barədə xəbərdar edə bildik. İndi gördük ki, o, nə edir. Bunu siz də gördünüz", – TASS amerikalı liderin dediklərindən sitat gətirib.
Onun sözlərinə görə, Amerika kəşfiyyat xidmətləri "işlərinin "mənbələrini və üsullarını" açıqlamayıblar.
"Bu, bütün dünyada tərəfdaşlarımızı və müttəfiqlərimizi bir araya toplamaqda və onların birliyini qorumaqda həlledici rol oynadı", – deyə Amerika prezidenti billdirib.
Bayden CIA-nı "bütün dünyada ən yaxşı kəşfiyyat agentliyi" adlandırıb.
ABŞ rəhbəri qeyd edib ki, Rusiya tərəfi NATO-nu parçalamaq və onun qətiyyətini qırmaq fürsətinə ümid edirdi, lakin müttəfiqlər bunun qarşısını ala biliblər.
Roman Göytürk,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?