Mərkəzin Bank məlumat yaydı: Aprelin 9-dan qüvvəyə minib

Mərkəzin Bank məlumat yaydı: Aprelin 9-dan qüvvəyə minibAzərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 19 mart 2025-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları" Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməklə 09 aprel 2025-ci il tarixində qüvvəyə minib.
KONKRET.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.
AMB, qanunvericiliyə müvafiq olaraq, sistem əhəmiyyətli bankların meyarlarını və həmin meyarlar əsasında sistem əhəmiyyətli bankları müəyyən edir. Qeyd edək ki, ölkəmizin bank qanunvericiliyinə sistem əhəmiyyətli bank anlayışı və bununla əlaqədar tələblər 2017-ci ildə gətirilib, Meyarların ilk versiyası 2019-cu ildə təsdiq edilərək sistem əhəmiyyətli bankların müəyyən edilməsinə başlanılıb.
Sistem əhəmiyyətli banklar bütün maliyyə sektorunun dinamikasını müəyyən edir. Həmin bankların əməliyyatlarının əhatə dairəsi və həcmi nəzərə alınaraq, bu banklar üzrə maliyyə dayanıqlığının pozulması sistem risklərin aktivasiyasına gətirib çıxara bilər. Bu baxımdan, Mərkəzi Bankın əsas vəzifəsi hər hansı bankın sistem əhəmiyyətliliyini adekvat şəkildə müəyyən etməkdən ibarətdir. Bunun üçün potensial riskləri azaltmaq məqsədilə sistem əhəmiyyətli banklara münasibətdə düzgün uyğunlaşdırılmış tənzimləyici tələblərin tətbiqi mühüm əhəmiyyət kəsb edir.
Bankın sistem əhəmiyyətli təşkilat kimi təsnifləşdirilməsi hər hansı üstünlük deyil. Bu və ya digər bankın sistem əhəmiyyətli və ya qeyri-sistem əhəmiyyətli olması onun maliyyə dayanıqlığının daha möhkəm və ya daha zəif olması anlamına gəlmir. Əksinə, sistem əhəmiyyəti bankın rəhbərliyinin bütövlükdə maliyyə sektoru, eləcə də digər iqtisadi subyektlər qarşısında artan məsuliyyəti deməkdir. Bu isə öz növbəsində, belə bankların əlavə normativ tələblərə əməl etməsini zəruri edir. Buna nümunə olaraq, sistem əhəmiyyətli banklar üçün əlavə kapital tələblərini (məcmu və birinci dərəcəli kapitalının adekvatlığı üzrə), fərqli leverec əmsalı tələbini göstərmək olar.
Əlavə olaraq qeyd edək ki, 2024-cü ilin dekabr ayında Mərkəzi Bankın "Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi" və "Risk-əsaslı nəzarət üzrə siyasət konsepsiyası" təsdiq edilərək geniş ictimaiyyətə açıqlanıb. Göründüyü kimi, beynəlxalq standartlara müvafiq olaraq, Mərkəzi Bank özünün prudensial tənzimləmə və nəzarət alətlərindən istifadə edir, habelə "2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı strategiyası" çərçivəsində sözügedən alətlərin modernizasiyası istiqamətində tədbirlərini davam etdirir.
Qeyd edək ki, Meyarların yeni redaksiyasında bankların sistem əhəmiyyətliyinin müəyyən edilməsi üzrə indikatorların çəki dərəcələrinə yenidən baxılmış, bəzi yeni indikatorlar əlavə olunmuş, hesablama metodologiyası təkmilləşdirilib. Əvvəlkindən fərqli olaraq, yenilənmiş Meyarlar, sistem əhəmiyyətli bankları başlıca olaraq onların aktivlərinin həcmi əsasında deyil, maliyyə və iqtisadi sistemdə iştirak səviyyəsini daha dəqiq əks etdirən digər indikatorlar da nəzərə alınmaqla müəyyən etməyə imkan verir. Belə ki, Meyarlarda, bankların ölçüsü göstəricisinin hesablanmasına depozit portfelinin həcmi indikatoru daxil edilmiş, əvəzolunmazlıq göstəriciləri olaraq bankda əmanət hesabına malik fiziki və hüquqi şəxslərin sayı, unikal müştəri sayı, bankın bankomatlarının, xidmət etdiyi POS-terminallarının, habelə filiallarının sayı indikatorları əlavə olunub.

Sosial       Tarix: 15 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler son xabar metbuat xeberleri xəbərlər