Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
Bakının Bülbülə qəsəbəsində məsciddə qəsəbə sakinini qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə istintaq materialları tədqiq olunduqdan sonra məhkəmə istintaqının başa çatdığı elan edilib.
Zərərçəkmiş şəxsin vəkili çıxışının sonunda vəsatət qaldıraraq əlavə şahidlərin məhkəmədə dindirilməsini istəyib.
Proses zamanı o da məlum olub ki, zərərçəkmiş tərəfin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur.
Martın 5-nə təyin edilmiş növbəti iclasda məhkəmə istintaqının yekunlaşdırılması və hökmün elan olunacağı gözlənilir.
Qeyd edək ki, 2025-ci il iyulun 26-da, səhər saat 5 radələrində Bülbülə qəsəbəsində yerləşən İmamzadə məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə Suraxanı Rayon Prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı müəyyən edilib ki, Elvin Məmmədov namaz otağında yatmış vəziyyətdə olan Nadir Səfərova bıçaqla 38 dəfə zərbə vuraraq onu qətlə yetirib. Həmin gün Elvin Məmmədov 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Suraxanı Rayon Prokurorluğu tərəfindən ona Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmə) maddələri ilə yekun ittiham elan edilib./Oxu.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yavər Şıxəliyev vəfat etdi
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub