Məşğulluq Agentliyi 10,5 min əmək kitabçası alır – Ləğv etməyə hazırlaşırdı
Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
KONKRET.az xəbər verir ki, tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi "Tuna" QSC (VÖEN – 1700294531) olub.
Qalib şirkət Məşğulluq Agentliyi 10 min 853 manat 97 qəpik qarşılığında 10 min 525 ədəd əmək kitabçası hazırlayacaq. Bir ədəd əmək kitabçası üçün 1 manat 3 qəpik ödəniləcək.
Qeyd edək ki, tenderin qalibi olan "Tuna" QSC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8 min manat olan QSC-nin qanuni təmsilçisi Rizvanov Rövşən İsa oğludur.
Məlumat üçün bildirək ki, uzun illərdir Dövlət Məşğulluq Agentliyinin rəsmiləri tərəfindən Azərbaycanda əmək kitabçalarının ləğv olunması barədə açıqlamlar verilir.
2021-ci ildə Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bildirib ki, onlar 2020-ci ildə "Əmək münasibətləri və məşğulluq" altsistemi – ƏMAS adlı vahid əmək münasibətləri platforması yaradıblar: "Bu sistem ölkənin həm əmək qanunvericiliyinin, həm məşğulluq siyasətinin, eyni zamanda kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına gətirib çıxaracaq Bu sistem bizə imkan verəcək ki, mərhələli şəkildə kağız əmək müqavilələrini ləğv edək, eyni zamanda əmək kitabçalarının dövriyyədən çıxarılmasını həyata keçirək".Yeniavaz.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR