Məşhur aktrisa vəfat edib

Məşhur aktrisa vəfat edibTanınmış rusiyalı aktrisa Anna Şerlinq 46 yaşında dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Anna Şerlinqin ölüm xəbərini atası, tanınmış teatr rejissoru və xoreoqraf Yuri Şerlinq də təsdiqləyib. Bildirilib ki, aktrisa uzun müddət davam edən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Anna Şerlinq 1 iyun 1980-ci ildə Moskvada yaradıcı ailədə anadan olub. Onun atası teatr rejissoru və xoreoqraf Yuri Şerlinq, anası isə tanınmış aktrisa Tamara Akulovadır. Anna altı yaşında olarkən valideynləri boşanıb.
Aktrisanın kinoda debütü 2003-cü ildə rejissor Elyor İşmuxamedovun "Ангел на дорогах" serialında baş tutub. O, ekran əsərində Şuroçka obrazını canlandırıb. Serialda əsas qadın obrazlarından birini isə Anna Şerlinqin anası Tamara Akulova oynayıb.
Karyerası ərzində 20-dən çox film və serialda rol alan Anna Şerlinq müxtəlif janrlarda ekran işlərində tamaşaçı qarşısına çıxıb. Onun filmoqrafiyasında melodram, komediya, detektiv və ailə janrında layihələr yer alır.
Aktrisanın rol aldığı ekran işləri arasında "Бабий бунт, или Война в Новосёловково", "Любопытная Варвара-3", "Папины дочки" və "След" kimi məşhur layihələr də var.
Anna Şerlinqin 46 yaşında vəfat etməsi Rusiya kino və televiziya ictimaiyyətində kədər yaradıb.sfera.az

Hadisə       Tarix: 20 sentyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

60 yaşlı kişini tok vurub öldürdü

Ağdaş sakini bədbəxt hadisə nəticəsində vəfat edib. xəbər verir ki, hadisə rayonun Pirəzə kəndində qeydə alınıb. Belə ki, 1966-cı il təvəllüdlü Nazim Məmmədovu yaşadığı evin həyətində elektrik cərəyanı vurub. 60 yaşlı kiş

Ağdamda toyda dava: Xəsarət alan var

Ağdam rayonunda toyda dava düşüb. -ınməlumatına görə, hadisə rayonun Evoğlu kəndində baş verib. Rayonun Əfətli kənd sakini Tamerlan Əliyev (soyadı şərtidir) Evoğlu kəndinə bacısı qızının toy məclisinə gedib. Axşam saatlarınd

Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu

Rusiyanın Arxangelsk vilayətində sərnişin mikroavtobusu, minik avtomobili və "KamAZ"ın toqquşması nəticəsində 13 nəfər həlak olub. "112" Telegram kanalına istinadla xəbər verir ki, Xolmoqor rayonunda

Bakıda insident: dayısını bıçaqladı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə Maştağa qəsəbəsinin Hüsü Hacıyev küçəsində qeydə alınıb. 1982-ci il təvəllüdlü Nüsrət Müslüm oğlu Məmmədov yaşadığı evd

Bakıda küçədə meyit tapıldı

Bakıda küçədən meyit tapılıb. xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Beyləqan rayon sakini 67 yaşlı Aslan Paşa oğlu Paşayevin meyiti küçədə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətlər

Cəlilabadda hadisə: Yük maşınının altında…

Cəlilabad rayonunda yük avtomobilinin altında sıxılıb qalan sürücü xilas edilib. cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Sabrabad kəndində baş verib. Belə ki, kənd sakini Xanhüseyn Abbasov ZIL markalı yük avtomobilind

Damda təmir işləri aparan 74 yaşlı kişi yıxılıb öldü

Astara rayonunda evinin damında təmir işləri aparan 74 yaşlı kişi yıxılaraq ölüb. KONKRET.azxəbər verir ki, hadisə ötən gün rayonun Miki kəndində baş verib. Məlumata görə, 1952-ci il təvəllüdlü Abid Şəfəqqətov yaşadığı evi

Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı

Yaponiyada 2025-ci ildə qeydə alınan intiharların sayı rekord həddə düşsə də, yeniyetmələr arasında bu rəqəm artmaqdadır və qeydlər başladığı vaxtdan bəri ən yüksək səviyyəyə çatıb. -ın xarici mediaya istinadən xəbərinə görə

Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən bildirir ki, qəza Quba-Atuc yolunda qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobillə "Nissan" markalı avtomobil toqquşub. Hadisə nəticəsində ü


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta maraqlı xəbərlər krminal bu gun hava proqnozu