Məşhur milyarder YOXA ÇIXDI: Sonuncu dəfə 31 oktyabrda görünüb
Ən zəngin çinli milyarderlərdən biri, "Alibaba"nın qurucusu Cek Ma Çinin maliyyə tənzimləyicilərinin fəaliyyətini, eyni zamanda Çinin texnoloji şirkətlərə qarşı münasibətini tənqid etdikdən sonra oktyabr ayının sonundan bəri ictimaiyyət qarşısına çıxmayıb.
Publika.az xəbər verir ki, ötən həftə "Telegraph", "Forbes", "Financial Times", "CNN", "Fox", "ABC" mətbu orqanları "Milyarderin itməsi", "Cek Ma haradadır?", "Cek Ma yoxdur?"başlıqlı məqalələr dərc ediblər.
"ABC" televiziya kanalı qeyd edir ki, milyarder iki aydan çoxdur ictimaiyyət qarşısına çıxmır. Sonuncu dəfə 31 oktyabrda şirkətlə bağlı tədbirdə iştirak edib.
Qeyd edək ki, ötən ilin dekabr ayında Çinin Dövlət Bazar Tənzimləməsi İdarəsi "Alibaba Group" ilə bağlı araşdırma apardığını açıqlayıb. Tənzimləyici şirkətin siyasətinin antimonopol qanunlara uyğunluğunu nəzərdən keçirəcək. /publika.az
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək