Məşhur nağaraçı evində yanaraq öldü
Fenomen nağara ifaçısı Handevi Gündoğan evinin bağçasında yanaraq ölüb.
KONKRET.az Lent.az-a istinadən xəbər verir ki, Antalyanın Kəpəz rayonunda yaşayan və nağara çalarkən çəkdirdiyi videolarla fenomenə çevrilən 46 yaşlı Handevi Gündoğanın yanmış meyiti tək yaşadığı fərdi yaşayış evinin bağçasında tapılıb.
Sonuncu dəfə gecə yarısından sonra evinin qarşısında yandırdığı odunla isinərkən görüntülənən Gündoğanın ölümü ilə bağlı araşdırma başlanıb.
Onu evinin bağçasında yerdə uzanmış vəziyyətdə qonşuları tapıb.