Məşhur rəqqas intihara cəhd edib? - YENİLƏNİB + FOTO

Məşhur rəqqas intihara cəhd edib? - YENİLƏNİB + FOTOMəşhur rəqqas intihara cəhd edib? - YENİLƏNİB + FOTO
Tanınmış rəqqas Ramil Həsənov (Qasanov) intihara cəhd etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Bu barədə Oxu.Az-a açıqlama verən rəqqas intihar cəhdinin olmadığını bildirib:
"Hər şey qaydasındadır. İntihara cəhd etməmişəm. Sadəcə olaraq, kənardan elə görünüb. İntihara cəhd belə, olmayıb. Kəskin öskürəyimə görə antibiotik qəbul etdim. Bədənimə əks-təsiri oldu".
R.Həsənov paylaşımı özünün sildirdiyini söyləyib:
"Antibiotik halımı pisləşdirmişdi. Qardaşım çox qorxub. İşçim zəng edəndə qardaşım telefonu açıb. Vəziyyətimi ona bildirib. O da deyib ki, "Bir-iki saat öncə də mənimlə danışmışdı, halallıq istədi". Bu səbəbdən işçim elə paylaşım edib. Yanlış anlaşılıb. Bizim aramızda halallıq zarafatı var idi. Çünki bir neçə problemim var idi. Bu səbəbdən intihar edəcəyimi düşünüb. Lakin belə bir hal olmayıb. Özümə gələndən sonra paylaşımı sildirdim. Dedim ki, bu nədir, paylaşmısınız?"
Rəqqas hazırda vəziyyətinin yaxşı olduğunu vurğulayıb:
"Maraqlandığınız üçün təşəkkür edirəm. Şükürlər olsun ki, hər şey yaxşıdır. Hazırda yayılan qripə yoluxmuşam. Kəskin öskürəyim var idi. Antibiotik qəbul etdim ki, sağalım. Məni daha da pis hala saldı. Mədəm yuyulub. Ciddi bir xəstəliyim yoxdur".
13:24
Tanınmış rəqqas Ramil Qasanovun intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılıb.
"Olay" yazır ki, sənətçinin  səhifəsində bu barədə paylaşım edilib və silinib.  Hekayə bölməsindəki silinən yazılarda isə qeyd olunub:
"Maraqlanan hər kəsə təşəkkürlər, inşallah, Ramil özünə gələcək. Səbəb intihara cəhddir. Yaxınlarına yazıb, hər kəsdən halallıq istəyib. Daha sonra başına bu hadisəni gətirib, biz də vaxtında bilmişik. İnşallah, özünə gələr, sizə hər şeyi danışar. Dua edin".
Məlumatın doğruluğunu yoxlamaq üçün Qasanovun həmkarı, dostu rəqqasə Rəna Ağamuradova (Renka) ilə əlaqə saxlanılıb.
Sənətçi bildirib ki, onun da hadisə ilə bağlı dəqiq məlumatı yoxdur. Renka söyləyib ki, dostlarına və Ramilin özünə zəng etsə də, telefonuna cavab verən olmayıb.
Məşhur rəqqas intihara cəhd edib? - YENİLƏNİB + FOTONəzrin Vahid

Şou Biznes       Tarix: 24 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az bu gun iqtisadiyyat xeberleri bugun kriminal maşın realiti şou