Mətanət İsgəndərlinin oğlunun uşağına işgəncə verməsinin TƏFƏRRÜATI

Mətanət İsgəndərlinin oğlunun uşağına işgəncə verməsinin TƏFƏRRÜATIAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdar artist Mətanət İsgəndərlinin oğlunun öz övladını işgəncələrə məruz qoyması ilə bağlı sosial şəbəkələrdə yayılan fotolara münasibət bildirib.
Məsələ ilə bağlı "Report"un sorğusunu cavablandıran Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlu deyib ki, faktla bağlı artıq təmsil etdiyi qurumda araşdırmalara başlanılıb.
Onun sözlərinə görə, Dövlət Komitəsində sosial şəbəkələrdə uşağın işgəncələrə məruz qaldığını əks etdirən foto-məlumatlarla bağlı dərhal araşdırma aparılıb.
Məlum olub ki, vətəndaş Aynur Vaqif qızı Həmidovanın uşağı həyat yoldaşı Kərim Həmidov tərəfindən döyülüb: "Hadisənin yay ayında törədildiyi müəyyənləşib. Nə uşağın anası, nə də digər qohumlar tərəfindən baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilməyib. Uşağın döyülməsinə onların nənəsigilə getməməsi səbəb olub. Hazırda məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir".
T.Mərdanoğlu bildirib ki, hadisə ilə bağlı Dövlət Komitəsi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət ediləcək.
Qeyd edək ki, əməkdar artist Mətanət İsgəndərlinin "Canan" ləqəbi ilə tanınan gəlini Aynur Həmidova övladının atası tərəfindən işgəncələrə məruz qaldığı ilə bağlı məlumatlar yayıb. O, həmçinin işgəncələri əks etdirən fotoları da nümayiş etdirib.
Xatırladaq ki, uzun müddət bir-birindən ayrı yaşayan cütlük boşanmaq üçün məhkəməyə müraciət edib. /open.az

Hadisə       Tarix: 11 fevral 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsini

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

Bakıda yaşayış binasında uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. -ınəldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanı

Bakı məktəbində faciə: 7-ci sinif şagirdi…

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.  bildirir ki, -ın əldə etdiyi məlumata görə, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb. Hadisə nəticəsində şagird həyatın

Goranboyda "Changan" kişini vurub öldürdü

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Changan" markalı mini

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər.az valyuta mezenesi son xeber 2026 cəbhədən xəbər