Mətbuat gününüz mübarək

Mətbuat gününüz mübarəkMilli mətbuatımızın yaranmasının 149-cu ildönümünün astanasındayıq. Elə həmin tarixə nəzər salaq biraz.
azxeber.com veteninfo-ya istinadən xəbər verir ki, XIX əsrin sonlarına yaxın 1875-ci il 22 iyul tarixində bütün Qafqazda böyük əks-səda doğuran bu qəzeti ərsəyə gətirən Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Qəzetin yaranmasında Zərdabinin qələm yoldaşları olan Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların da böyük əməyi olmuşdu. Nəşriyyata gedən gündən Azərbaycanın milli mətbuatının yaranması kimi inkişafında da əvəzsiz xidmətləri olub. Bakıda Azərbaycan dilində "Əkinçi" qəzetinin çap olunmasına nail olmaq və qəzetdə mütərəqqi ideyaların çapına yer verilməsi o dövrün çox böyük inqilabı sayıla bilərdi.
"Əkinçi"nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görməsinə baxmayaraq xalqın milli oyanışında, milli birliyinin möhkəmləməsində böyük rol oynadı. Və özündən sonra gələn mətbuatlara bir işıq yolu oldu. Müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatına "Əkinçi" qəzeti elə böyük töhfələr verdi ki, bu töhfə millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.
"Heç olmaz ki, doğru söz yerdə qalsın" deyən Həsən bəy Zərdabi "Əkinçi" qəzetinin nəşri sayəsində milli şüurun təşəkkülünə, cəhalətə qarşı mübarizənin güclənməsinə, milli əqidəmizin təkamülünə bir təkan verən önəmli şəxsiyyət kimi adını tarixə yazdırdı.
Ölkədə ilk mətbu orqanın – "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Bu gün münasibəti ilə ölkəmizin jurnalist ictimaiyyətinə, media sahəsində çalışan hər kəsə məsuliyyətli və şərəfli işlərində yeni-yeni uğurlar arzulayır, böyük fədakarlıq tələb edən fəaliyyətinizdə tükənməz enerji və müvəffəqiyyətlər diləyirəm.

Sosial       Tarix: 22 iyul 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabar cebheden xeberler cəbhədən son xəbərlər krminal bu gun