Metyu Brayza: ATƏT-in Minsk Qrupu obyektiv struktur deyil

Metyu Brayza: ATƏT-in Minsk Qrupu obyektiv struktur deyilMetyu Brayza: ATƏT-in Minsk Qrupu obyektiv struktur deyil
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayzanın da daxil olduğu beynəlxalq nümayəndə heyəti bir gün əvvəl Azərbaycanın azad edilmiş ərazilərini ziyarət edib. ADA Universitetinin təşkil etdiyi səfər zamanı diplomat Azərbaycanın Ağdam rayonunda olub.
Metyu Brayza Caliber.Az-a verdiyi müsahibədə azad olunmuş ərazilərə səfər təəssüratlarını bölüşüb və ATƏT-in Minsk Qrupunun fəallaşmasını qiymətləndirib:
"Bəli, bu yaxınlarda Ağdamda oldum. Bir vaxtlar çiçəklənən gözəl şəhərin məhvinin miqyası məni heyrətləndirdi. Və bu hansısa döyüş əməliyyatları zamanı baş verməyib. Müharibə bitdikdən sonra (Birinci Qarabağ - red.) Ağdamı işğal edən erməni tərəfi şəhəri sadəcə olaraq məhv etməyə qərar verdi. Bu bir növ məhvin barbarcasına təşkili, əmlakın, evlərin qarəti idi".  
ATƏT-in Minsk Qrupu həmsədrlərinin son açıqlamasına (hansı ki, yeni məzmun yox idi) toxunan həmsöhbətimiz mətndə lazımi təfərrüatların və ya hər hansı bir əhəmiyyətli mənanın olmadığını qəbul edib.
"Düşünürəm ki, onların sadəcə hazırda şərh edəcək heç bir məqam yoxdur. ADA Universitetində keçirilən konfransda Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi Qarabağ münaqişəsi artıq həll edilib. Minsk Qrupu münaqişəyə həll yolu tapmaq üçün yaradılmışdı. Həll tapılıb və bu səbəbdən Minsk Qrupunun hələ heç bir işi yoxdur. Prezident İlham Əliyev həmsədrləri münaqişədən sonrakı yeni vəziyyətdə hansı faydalı iş görə biləcəklərini düşünməyə dəvət etdi", - deyə müsahib bildirib.
Metyu Brayza qeyd edib ki, erməni tərəfi, əlbəttə ki, münaqişənin hələ həll olunmadığını göstərmək istəyir:
"Onlar bəzi hüquqi məsələləri, Qarabağın mümkün "statusunu" (dırnaq işarəsi bizimdir – red.) müzakirə etmək şansının olduğunu düşünürlər. Mən bunun mümkün olacağına əmin deyiləm. Beləliklə, Minsk Qrupunun 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın icrası kimi başqa işlərlə məşğul olması gərəkdir. Ancaq həmsədrlər hələ nə edəcəyini bilmədikləri üçün mənasız açıqlamalar yayımlayırlar. Qeyd etmək istərdim ki, bir vaxtlar ATƏT-in Minsk Qrupunun işində iştirak etdiyim zaman açıqlamalara çox detallar qoyurduq, nəsə baş verirdi, bir irəliləyişə yaxınlaşırdıq və müvafiq şəkildə ölkələri istiqamətləndirməyə çalışırdıq".
- ATƏT-in Minsk qrupunun, məsələn, Fransanın mövqeyini nəzərə almaqla obyektivliyi barədə nə düşünürsünüz?
- Düşünürəm ki, Fransanın mövqeyi ATƏT-in Minsk Qrupunu obyektiv bir struktur kimi qəbul etməyə imkan vermir. Fransa Xarici İşlər naziri Le Drianın Qarabağın statusunun danışıqlar mövzusu olması barədə açıqlamasını xatırlayın. O, bunu 10 Noyabrı Bəyanatından dərhal sonra söylədi. Beləliklə, ya Fransa yenidən necə obyektiv görünə biləcəyini düşünməlidir (hansı ki, demək olar ki, qeyri-mümkün olduğunu düşünürəm), ya da bəli, digər ölkələr də danışıqlar qrupuna əlavə edilməlidir. Ermənistanın Türkiyəni də daxil etməyə razı olacağını düşünmürəm, amma Azərbaycan açıq şəkildə Fransanı Qrupda görmək istəmir. /oxu.az

Siyasi       Tarix: 16 aprel 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeberler cebheden xeberler xeberler bugun 2026 dunya xeberleri