Metyu Brayza: "Minsk qrupu artıq ölüb
Metyu Brayza: "Minsk qrupu artıq ölüb"
"Acınacaqlı da olsa, ATƏT-in Minsk qrupu artıq ölüb. Halbuki həqiqətən, faydalı platform ola bilərdi".
"Report" xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza "GCRF-Compass" və ADA Universitetinin təşkil etdiyi onlayn müzakirə zamanı deyib.
"ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hər birində nüfuzlu erməni diasporunun olduğunu da unutmamaq lazımdır. Bütün bunlardan sonra ABŞ və Fransadan olan həmsədrlərin Bakıya gəlməsi mənim üçün qəribədir.
Prezident Əliyev də tam haqlı olaraq onlardan burada nə işləri var deyə soruşdu. Bundan sonra onların hansısa konstruktiv fəaliyyət göstərəcəklərini görmürəm", - amerikalı diplomat qeyd edib. /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına