Meydanı boş görüblər, çıxıb ağzına gələni danışırlar' - Əməkdar artistdən Aqşinə

Meydanı boş görüblər, çıxıb ağzına gələni danışırlar' - Əməkdar artistdən AqşinəATV-də yayımlanan "Rəngarəng" verilişində meyxanaçı Aqşin Fateh və Əməkdar artitst Gülüstan Əliyeva arasında qalmaqal yaşanıb.
 
Qalmaqala səbəb Aqşin Fatehin oxuduğu mahnılarını əsər adlandırması olub.
Bu sözlər qarşısında canlı yayıma telefon zəngi ilə bağlanan Əməkdar artist Gülüstan Əliyeva Aqşinin iddialarına sərt reaksiya verib.
O efirə bağlanaraq deyib: 
"Aqşin Fateh və onun kimi bir çox müğənni başından böyük danışırlar. Onların mahnıları əsər ola bilməz. Onda bizim oxuduqlarımız nədir?".
Əməkdar artistin bu sözlərindən sonra Aqşin Fateh ona "Siz mənim sənətimə dəyər verə bilməzsiniz. Öz işinizlə məşğul olun" cavabını verib.
Daha sonra əməkdar artistlə olan telefon zəngi sonlandırılıb.
azxeber.com məsələ ilə bağlı Əməkdar artist Gülüstan Əliyeva ilə əlaqə saxlayıb.
Əməkdar artist canlı yayıma zəng etməyə onu vadar edən səbəblərdən danışıb:
"Gördüm ki, Aqşin oturub orada yekə-yekə mahnılarına əsər deyir, çox mənasız danışır. Mən də özümə bir borc bildim ki, onun fikirlərinə münasibət bildirim. Bunlar özlərini elə aparırlar ki, guya biz bunlara fikir bildirə bilmərik. Biri çıxır deyir ki, mahnım əsərdir, biri çıxır deyir mənə söz deyən qələt edir, biri deyir mən sənət fədaisiyəm. Bunların artıq hamısının cavabını verib, yerlərində oturtmaq vaxtıdır. Meydanı boş görüblər, çıxıb hərə ağzına gələni danışır. Ona görə də mən efirə zəng etdim, sözümü dedim, onun ağzının payını da verdim. Amma məni xətdən ayırdılar, qoymadılar ki, fikrimi tamamlayım. Aparıcılar deyir ki, sənətkarlar verilişlərə gəlmir, münasibət bildirmir, ona görə meydan bayağı ifaçılara qalır. Münasibət bildirən də də belə olur...Hələ deyəcək çox sözüm var idi. Amma düşünürəm ki, yenə də ona lazımı cavabı verdim".
Aysel Hacızadə

Şou Biznes       Tarix: 03 iyun 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Danla Bilic yenidən əməliyyat olundu - Fotolar

Türkiyəli sosial media fenomeni Danla Bilic daha bir əməliyyat olunub. 9-cu dəfə əməliyyat masasına yatan Danla xəstəxanadan görüntülərini yayımlayıb. O, əməliyyatın 6 saat davam etdiyini bildirib. "Bu barədə sizə sonr

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gunun xeberleri cəbhədən son məlumatlar cəbhədən yeni xəbərlər son xeberler bugun 2026 canli