Məzahir Əfəndiyev: "Qarabağın yolları tezliklə bərpa olunacaq

Məzahir Əfəndiyev: "Qarabağın yolları tezliklə bərpa olunacaqMəzahir Əfəndiyev: "Qarabağın yolları tezliklə bərpa olunacaq"
44 gün davam edən Vətən Müharibəsi müzəffər Azərbaycan Ordusunun qələbəsi, Azərbaycanın ürəyi olan Şuşa şəhərinə üçrəngli müqəddəs bayrağımızın sancılması və dalğalanması ilə bitdi. 
Bunu Milli Məclisinin deputatı Məzahir Əfəndiyev Oxu.Az-a deyib.
Deputat bildirib ki, noyabr ayının 10-dan etibarən Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə atəşkəsin elan olunmasına və işğal altında olan digər rayonlarımızın insan tələfatı olmadan boşaldılaraq Azərbaycana təhvil verilməsinə dair bəyanat imzalandı:
"16 noyabr tarixində Ali Baş Komandan və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfər etdilər. Bu Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın Lideri və Sərkərdəsi olaraq Qarabağda yeni həyatın başlanğıcı və tez bir zamanda millətindən, dinindən, irqindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının yaşamaları üçün bütün imkanların səfərbər olunmasına bir çağırışdır.
Təsadüfi deyil ki, məhz səfərdən sonra Prezident İlham Əliyev ilk olaraq "Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikilməsi ilə bağlı tədbirlər haqqında" 17 noyabr 2020-ci il tarixli Sərəncam imzaladı və işlərin görülməsi üçün 50 milyon manat vəsait ayrıldı. Baxmayaraq ki, Ermənistanın işğalı nəticəsində uzunluğu 25 min kilometr olan avtomobil və torpaq yolları da məhv edilmişdir, son illər Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılması, əldə olunmuş təcrübə qısa müddətdə də Qarabağın yollarının bərpasını mümkün edəcəkdir. 
Yol – inkişaf, davamlı inkişafın aydın gələcəyi deməkdir. Bu baxımdan yaşadığımız ilin, qalib olduğumuz müharibənin yaratdığı bütün çətinliklərə baxmayaraq Azərbaycan dövlətinin əsas hədəfi Qarabağda sülhün qorunub saxlanılması, suverenliyin tam bərpa olunması, Cənubi Qafqazda isə təhlükəsizliyin və əmin-amanlığı uzunmüddətli prosesə çevirməkdir. 
Yol, eyni zamanda bütün Qarabağın Qayıdış və İnkişaf Konsepsiyasının hərtərəfli öyrənilməsinə, həyat infrastrukturunun yaradımasına, yeni, müasir, innovativ çağırışlara, texnologiyaların təbiqinə əsaslanan planlı və davamlı sənədin hazırlanmasını ehtiva edir".
M.Əfəndiyev qeyd edib ki, hazırda Azərbaycan hökuməti, Nazirlər Kabineti, aidiyyatı nazirlik və institutlar işğal nəticəsində dəymiş ziyanın qiymətlədirilməsi işini həyata keçirir və bu iş beynəlxalq maliyyə korporasiyalarının da aktiv cəlb olunmasını tələb edir:
"Son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə tətbiq olunan mükəmməl idarəçilik modeli imkan verəcəkdir ki, Qayıdış və İnkişaf Konsepsiyası dövlət komissiyası səviyyəsində tamamlansın və yaradılacaq alt İşçi Qruplarının fəaliyyətini düzgün əlaqələndirməklə siyasi, ekoloji, iqtisadi və sosial sahələrdə məqsədli inkişafa nail olunsun".

Siyasi       Tarix: 18 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xeber bugünki xəbərlər zelzele xeber.az