MİDA evləri ilə bağlı daha bir həbs - "300 min alıb qaçmaq istəyirdi"

MİDA evləri ilə bağlı daha bir həbs - Mənzil almaq istəyən bir qrup vətəndaş özünü informasiya texnologiyaları mütəxəssisi kimi təqdim edən şəxs tərəfindən aldadıldıqlarını bildirir.
KONKRET.az xəbər verir ki, bununla bağlı "Qafqazinfo"ya müraciət edən həmin şəxslər Mahir Rəsulov adlı mütəxəssisin müxtəlif vədlər verərək 30-a yaxın vətəndaşın pullarını ələ keçirdiyini deyirlər. Vətəndaşların sözlərinə görə, Mahir Rəsulov tərəfindən idarə olunan və qabaqcadan əlbir olan mütəşəkkil cinayətkar qruplaşma vətəndaşlara, o cümlədən şəhid ailəsinə və hərbçilərə güzəştli şərtlərlə mənzil ala biləcəyini vəd edib.
Özünü İT şirkətinin rəhbəri kimi təqdim edən Rəsulov vətəndaşları əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikdiyi binalardan asanlıqla mənzil ala biləcəyinə inandırıb: "Mahir Rəsulovun dostu Rəfael adlı şəxs özünü vəzifəli şəxsin qohumu kimi təqdim edərək Mahirlə birlikdə insanları aldadıb. Təxminən 30 nəfərdən çox adamın 300 min manata qədər pulunu mənimsəyiblər.
Bu işdə pulların bir çox qismi Mahirin anası Rəsulova Şərafət Böyükağa qızının kartına göndərilib. Bunlardan əlavə özünü Mahirin dostu kimi təqdim edən Kadir Çezik adlı Türkiyə vətəndaşı da bir neçə nəfərdən sosial evlərin qazanılması üçün Mahirin adından pul alıb. Mahir pul aldığı şəxslərə bu il martın 30-a MİDA-dan mənzil udaraq onlara verəcəyini vəd edib. Bu iş alınmadıqda Mahir pul aldığı şəxslərə aprelin sonuna kimi pulları qaytaracağını bildirib. Amma daha sonra Türkiyəyə qaçmaq istəyib".
Çoxsaylı şikayətlər nəticəsində M.Rəsulov saxlanılaraq istintaqa cəlb edilib. Vətəndaşlar həmin şəxsin maddi zərər vurduğu insanların siyahısını da hazırlayıb. Onların tərtib etdiyi cədvəldə iddia olunur ki, tutulan şəxs vətəndaşlara 155 700 manat ziyan vurub.
Qeyd edək ki, adının anonim qalmasını istəyən bəzi şikayətçilər siyahıda özünü təqdim etməyib. Şikayətçilər hüquq-mühafizə orqanlarından hər hansı şikayətləri olmadığını, sadəcə olaraq pullarının geri qaytarılmasını istədiklərini bildiriblər.
Əldə etdiyimiz məlumata görə, 2000-ci il təvəllüdlü Mahir Rəsulov barəsində vətəndaşın etibarından sui istifadə etməklə 25 450 manat pulunu almasında dələduzluq əməlinin tərkibi olduğuna görə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir. Məhkəmə M.Rəsulov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Onun digər dələduzluq əməlləri də olduğu istisna edilmir.
Rəhman
22.500 manat
Seyran
19.100 manat
Mirzəyev Elçin Arif
18.700 manat
Əkbərov Vüsal Ramiz
12.600 manat
Elvin
10.500 manat
Adil
10.000 manat
Elvin
9.500 manat
Şahmar
8.700 manat
Ceyhun
8.500 manat
Elməddin
8.000 manat
Emin
6.300 manat
Saleh
4.000 manat
 Şahin
4.000 manat
Natiq
3.000 manat
Mahal
2.800 manat
 Məmmədəli
2.000 manat
Tural
2.000 manat
Asif
1.500 manat
Rəşad
1.500 manat
Gülarə
1.200 manat
Hüseyn
1.000 manat
Bəturə
8.000  manat
Solmaz
5.500 manat

Hadisə       Tarix: 14 may 2022
f Paylaş

Oxşar xəbərlər

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT

Yaponiyalı milyarder Kencin Oşimanın oğlu Yeşihito Oşimanın Laosda müəmmalı şəraitdə öldüyü bildirilir. Hadisənin mümkün qətllə əlaqəli olduğu iddia edilsə də, ölümün səbəbi və insidentin təfərrüatları hələ rəsmi şəkild

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Xaçmazda ağır qəza: ölən var

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb. xəbər verir ki, Rahim Rasim oğlu Nəsirovun idarə etdiyi "Şevrolet Kruz" markalı avtomobillə piyada Məhərrəm Şirnəli oğlu Baxışovu vurub. Nəticədə piyada hadisə yerind

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli


yeni xeberler azerbaycan xeberleri son xeberler hava son xeberler azerbaycan en son xeberler havanın temperaturu