Mikayıl Cabbarov: "2022-ci ildə Azərbaycanda investisiya fəallığının artması gözlənilir

Mikayıl Cabbarov: "2022-ci ildə cari ilə nisbətən Azərbaycanda investisiya fəallığının artmağa başlaması gözlənilir".
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu isə növbəti ildə əsas kapitala investisiyaların real artım tempinin 2021-ci ilə nisbətən 3,6 %-ə çatmasını proqnozlaşdırmağa əsas verir: "Genişmiqyaslı sosial proqramların həyata keçirilməsi, habelə əmək bazarında şəffaflaşmanın davam etməsi şəraitində ölkədə orta aylıq əməkhaqqının 2022-ci ildə 807 manat təşkil etməsi proqnozlaşdıırlır.
2022-ci ildə İqtisadiyyat Nazirliyinin inflyasiya üzrə proqnozu 4 % təşkil edirdisə, orta aylıq əməkhaqqının real artım tempi 4,5 % səviyyəsində proqnozlaşdırılır. İnflyasiya proqnozu hazırlanarkən dünyada ərzaq bazarlarında qiymətlərin sabitləşməsi ilə bağlı beynəlxalq təşkilatların son proqnozları da nəzərə alınıb. Yeni strategiyanın reallaşması ölkə iqtisadiyyatının böyük dəyişikliklərə səbəb olacaq. Növbəti beş il azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına inteqrasiyası baxımından tarixi dövr olacaq".
Nazirin sözlərinə görə, 2022-ci ilin ilkin büdcə layihəsində dövlət investisiya qoyuluşunun ötən illə müqayisədə azaldılması nəzərdə tutulsa da, Prezidentin şəxsi təşəbbüsü ilə hazırkı büdcə layihəsində 850 milyon manat artırılaraq 2021-ci ilin səviyyəsinə yaxınlaşdırılıb.
"Bu da təbii olaraq investisiya planının həcminin artırılmasına, ölkə iqtisadiyyatının artım tempinə öz müsbət töhfəsini verəcək. Son dövrlərdə qeyri-neft sektorunun ixrac imkanlarının artmağa başlaması, iqtisadiyyatın şaxələnməsinin göstəricilərindən biridir", - deyə M.Cabbarov bildirib.
///Report

İqtisadiyyat       Tarix: 10 noyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi


son xeberler yeni xeberler azerbaycan xeberleri cebheden xeberler cəbhədən son xəbərlər 2026 sonxeber.az son xeber az